Onların arqumenti: köklüyə səbəb olan məhsulun adı dünya şöhrətli idmaçılarla yanaşı olmamalıdır
Həmin vaxt bütün dünyada fast food restoranı kimi tanınan McDonald’s – Olimpiya oyunlarının açılışı çərçivəsində sponsor təqdimatında özünün ən böyük restoranlarından birinin açılışına hazırlaşırdı, rəqiblər isə McDonald’s – ın iştirakının qarşısını almağa cəhd göstərirlər və bu siyahıya spirtsiz içki olan Coca – Cola - nın da adı daxil idi.
Yarışların başlanmasına bir ay qalmış London Assambleyası bu iki sponsorun iştirakına qadağa qoymaq qərarına gəlmişdi. Olimpiya oyunları – dünyanın ən yaxşı idmançılarının iştirak etdiyi tədbirdir, ona görə də, bu tədbir yüksək kalorili qida və içki istehsalçısı olan kampaniyalar tərəfindən maliyyələşdirilə bilməz – Assambleyada belə hesab edirdilər.
Assambleya McDonald’s və Coca – Cola kimi kampaniyaların sponsor kimi iştirakını ləğv etmək üçün Beynəlxalq Olimpiya Komitəsindən daha tutarlı bir səbəb tələb edir. Lakin deyəsən bu sual heç də birmənalı deyil. Faktiki olaraq, Coca – Cola olimpiadanın daimi sponsorudur: kampaniya 1928-ci ildən bəri olimpiada yarışlarının maliyyələşdirirdi. İlk dəfə McDonald’s 1976-cı ildə Olimpiadanın sponsoru olmuşdur.
McDonald’s və Coca – Cola – nın iştirakına qadağa qoyulmasına baxmayaraq, onlarsız Olimpiya oyunları çox ciddi maliyyə problemləri yaşayardı. Təşkilatçılar bu faktı qəbul edirlər. Kommersiya partnyorluğu nəticəsində əldə edilən mənfəət bütün gəlirin 40%-ni təşkil edir. Məhz iştirakına qadağa qoyulan bu iki sponsor bu mənfəətin əsas mənbəyidir.