Galaxy S III-ün yeni reklamlar seriyasında Samsunq hələ ki, rəqiblərdə olmayan informasiyanın dostlarla mübadiləsi zamanı smartfonun mümkün imkanlarını göstərməyə çalışıb.


Əgər insan dərhal etdiklərini dostları ilə paylaşa bilmirsə, onda o, müasirdir? Məhz bu məsələ insanları Facebook – a cəlb edir və məhz bu Samsunq-u Galaxy S III-ün yeni reklam çarxlarını təqdim etməyə sövq edir.


Auditoriyanı fayl və şəkillərin dərhal dəyişdirilməsinə inandırmaq üçün Samsunq üç ədəd reklam çarxı seriyasını təqdim edir. Bu tamamilə müasir və inanırıcıdır. Bütün reklam çarxlarında AllShare texnologiyalarının yüksək faydalılığına işarə edilir, hansı ki, tez bir zamanda informasiyanı mövzu ilə bölüşdürməyə imkan verir. Samsunq AllShare xidməti video çarx, şəkillər və musiqini dəyişməyə imkan verir.


Bu iPHone-ni indiki zamanda İOS 6-nın təqdimatından əvvəl daha köhnəlmiş edirdi. Samsunq texnologiyasının yeganə mühüm mənfi cəhəti ondan ibarətdir ki, fayl və yaxud şəkillərin dostların smartfonlarına göndərilmək üçün gərək onlar da Samsunq Galaxy S III sahibi olsunlar. İstənilən halda, reklam çarxları çox maraqlıdır.