Sharpie marker brendi çaplı reklamda yeni yüksək keyfiyyətli iş təqdim edib


Reklam printləri seriyası “öz hekayəniseç” sloqanı ilə rənglərin süjeti necə dəyişdirdiyini göstərir.


Köynək və cinslərin üzərində çəkilmiş rəsmlər natamamdır. Tamaşaçılara isə, təqdim olunmuş iki markerdən birini seçib şəkli tamamlamaq təklif olunur.


Rəng seçimindən asılı olaraq hekayə tamamilə yeni bir məna kəsb edə bilər. Məsələn, fermerin bağda su yoxsa neft mənbəyi tapdığını auditoriya müəyyən edir (yəni göy rəngə qarşı qara rəng). Anoloji olaraq, sahilə can atan personajın geyimindəki zolaqlar göy rəngli olarsa matros, qara rəngli olarsa o, məhbus olacaq.