Auditoriyanı təəccübləndirmək üçün reklamçılar daha nələr düşünmürlər.
Bu dəfə şah əsər (ümumi YouTube istifadəçilərinin fikrincə) 24 saat xidmət göstərən The Shoppers Stop online – mağazası üçün hazırlanmışdır.
Təqdim olunan reklam çarxı ağ – qara diapazondadır və üslubca sosial reklamı xatırladır. Yorğun bir oğlana davamlı şəkildə yaşıl və boz rənglər arasında seçim etməyi deyirlər. “Bu hansı rəngdir?” sualı “olsun, yoxsa olmasın?” sualına çox bənzəyir. O, “boz” cavabı üzərində dayanır. Hər keçən saniyə gərginlik artır.
“Deməli, hansı rəng paltar sənin xoşuna gəlir? Boz, yaşıl? Dəqiq! Burda sarı da var!”. Reklam çarxının ağ – qara diapazonda olmasından baş qəhrəmanın daltonizm xəstəliyindən əziyyət çəkməsi kimi təəsürat yaranır.
Yuxulu oğlan başını yastığa qoyur və yatır və elə bu vaxt online – mağaza saytın adı gəlir. Və ancaq indi pərdə açılır.
<