Qadınların məişət zorakılığa qarşı həyata keçirilən sosial kampaniyada Vogue jurnalı gizli interaktiv reklam hazırlayıb.


Jurnalın iPad versiyasında adi şəkillər içərisində bir nəfər canlı şəkildə görünür və asan bir əl hərəkəti ilə qız döyülmüş vəziyyətdə olur. Beləliklə, planşetin sahibi özü də bilmədən zorakılğın iştirakçısı olur. İstifadəçi nə baş verdiyini anlamır və ekranda “titrlar” getməyə başlayır, hansı ki, auditoriyanı məişət zorakılığı ilə tanış edir.


Gözlənilməzliyi sayəsində və insanlara çox güclü təsiri nəticəsində reklam uzun müddət yaddaşlardan silinmir.


Layihə üzərində Plan.Net və Serviceplan, Münxen reklam agentliyi işləyib.