Duq Anmat J.P. Morgan analitiki hesab edir ki, Facebook-un mobil reklamları desktop-reklamının gəlirini üstəliyərək, gələn il sosial şəbəkəyə hər kvartalda 300 milyon dollar gəlir yarada bilər.


Hal-hazırda Facebook sosial şəbəkənin demək olar ki, xəbər lentinə birləşdirilmiş desktop üçün displey reklamının və Ödənmiş tarixlərin payına bütün reklamlardan gəlir əldə edir . 2012-ci ilin birinci rübündə bu təşəbbüslərin sayəsində şirkətin gəliri 872 milyon dollar təşkil etmişdir. İlkin səhmlərin yerləşdirilmə dövründə may ayında isə, Facebook mobil reklamın tətbiqini sürətləndirdi və keçən ayda yalnız Ödənmiş tarixləri mobil platforma üçün təqdim etdi. Bu reklamçılara ismarıclarını yalnız smartfonlardan və planşetlərdən istifadə edən istehlakçılara ünvanlamağa imkan yaradır.


Anmatın sözlərinə görə, "Biz optimizmlə Facebook-un mobil monetizasiya potensialına baxırıq və hesab edirik ki, bir istifadəçiyə təkrar sayda mobil reklamın gəliri desktop-reklamı üçün həmin göstəricini üstəliyərək, daha yüksək qiymət və giriş tezliyi nümayişlərin ümumi sayını kompensasiya edərək gələcəkdə bir rüb ərzində 300 milyon dollara qədər mobil reklamdan gəlir artımına gətirib çıxara bilər." "Bundan əlavə, Facebook-un mobil monetizasiyasını müvəffəqiyyəti LBS-reklamını gücləndirə bilər."


Wall Street Journal –ın xəbərinə görə, Facebook istehlakçıların telefonlarında istifadə etdikləri oyunlar vəəlavələr (proqramlar) üzrə tarqetinqlə mobil reklam təqdim etməyi planlaşdırır. Facebook Facebook Connect-in köməyi ilə milyonlarla əlavələrdə (proqramda) və Facebook hesabının köməyi ilə milyonlarla veb-saytlarda qeydiyyatdan keçməyə imkan yaradaraq, istifadəçilərinin mobil fəallığına nəzarət edəcək. Əldə edilmiş məlumatlar reklamın tarqetinqi üçün şirkət tərəfindən istifadə olunacaq və reklamçı özü istifadəçinin smartfonuna əlavənin (proqramın) quraşdırılmasına görə ödəyəcək. Məsələn, əgər istifadəçi telefonda Zynga Words with Friends oyununu daim oynayırsa, onda xəbər lentində Zynga oyunlarının reklamı çıxacaq. Reklamçı istifadəçinin smartfonuna əlavənin (proqramın)hər dəfə quraşdırılmasına görə ödəyəcəkdir.


Həənd bəzi analitiklər və şəxsi toxunulmaz məlumatların aktiv müdafiəçiləri Facebook-un atəşlə oynadığını hesab etsələr də, Anmat hələ çox optimistdir. "Reklamçılar istifadəçiyə maraqlı olan qurulmuş əlavələri (proqramlar) təhlil edərək, mobil əlavələri (proqramları) reklam edə biləcəklər. Ödənmiş tarixlərdən fərqli olaraq, reklamın yeni formatı reklamçılara üstün tutmaları və istifadəçinin fəallığını diqqətə almaqlarına imkan yaradacaq. Sosial şəbəkənin hal-hazırda təklif etdiyi, Facebook bu əlavənin (proqramın) telefona quraşdırılması vaxtı reklamçılardan ödəməni hər dəfə götürə bilər və mobil reklamın nümayişi üçün həmin göstərici əhəmiyyətli dərəcədə ola bilər. "


Hal-hazırda Facebook-un bütün dünyada 901 milyondan çox istifadəçisi mövcüddur ki, bu da keçən illə müqayisədə 33% daha çoxdur, belə ki keçən il sosial şəbəkə 680 milyon istifadəçisiylə lovğalana bilirdi. Hər ay Facebook-a 488 milyondan çox istifadəçi mobil qurğularından daxil olurlar.