Bildiyimiz kimi bu ilin noyabr ayında ABŞ-da prezident seçkisi olacaq. Əsas namizədlər: hazırki prezident Barak Obama (“Demokratlar” partiyasında) və Mitt Romni (“Respublikaçılar” partiyasından).Seçki kampaniyası tam gücü ilə gedir.
Siyasi təşviqatı seçkilərdən bir ay əvvəl keçirmək olar, ancaq burada artıq namizədlərin seçki qabağı reklam çarxları gedir.
Lakin ən əsas fərqlənmə puldur. 2010-cu ildə ABŞ ali məhkəməsi seçki qabağı reklam kampaniyalarının maliyyələşdirilməsinə məhdudiyyətlər qoymuşdur. Burada istənilən insan və yaxud korporasiya özləri seçdiyi namizəd üçün təşviqat kampaniyası apara bilər. Artıq “super komitələrin” yaradılmasına başlanılıb, belə ki, onlar seçki kampaniyalarını təşkil edə biləcəklər. Daha doğrusu, onlar reklamı və yaxud strategiyanı heç namizədlərlə də razılaşdırmırlar. Bundan başqa, namizəd özü onu reklam etməyə qadağa qoya bilməz. Obama yuxudan durur, Ağ evin pəncərəsindən baxır və budur, onun şəkli olan böyük bir bilbord. Əgər bu onun xoşuna gəlsə də, gəlməsə də o, qadağa qoya bilməz.
Hal-hazırda 300-dən çox super komitə qeydiyyatdan keçib. Yeri gəlmişkən, onların əksəriyyəti respublikaçıları dəstəkləyir. ABŞ KİV-nin məlumatına görə, super komitələr seçki qabağı təşviqat kampaniyalarını maliyyələşdirir.
Rusiyadan olan əsas fərq ondadır ki, burada rəqib namizədi tənqid etmək olar. Ona görə də, bütün reklam çarxları rəqibin tənqid edilməsi üzərində qurulur.
Məsələn, Barak Obama üçün hazırlanmış reklam çarxı:
Obama öz kampaniyasında deyir ki, irəli getmək lazımdır.
KİV-də Romni də fərqli görünür. O, göstərir ki, rəqib sadə insanların problemlərini başa düşmür, o, çox varlıdır və xalqdan uzaqdır. O, oğrudur. Lakin bunlar ən dəhşətlisi deyil. Onun evində lift var! Bu dəhşətlidir. Yəni, normal insanın evində lift olar?
Budur, Romninin reklam çarxı:
Romni gözlənilmədən Obamanı təhqir edir. Əsas vurğunu ona yönəldir ki, Obama verdiyi sözləri yerinə yetirmir. Ümumiyyətlə, Obamadan çox şey gözlənilirdi, lakin o, ümidləri doğrultmadı. Dövlət borcu artır. Buşun dövründə da çox borclar var idi, lakin Obamanın dövründə onlar daha da artdı.
2008-ci ildə respublikaçılar və demokratlar prezident seçkilərinə 2.9 milyard dollar xərcləyiblər. 2012-ci ilə olan proqnoz 6 milyard dollardan az olmayacaq. Müqayisə üçün qeyd edək ki, Putin öz kampaniyasına 14 milyon dollar xərcləyib(rəsmi məlumatlara əsasən).