Avtomobil nəhəngi Porsche-nin ikinci yarısını əldə etmişdir. Almaniyanın iki dünya şöhrətli avtomobil istehsalçısı - Volkswagen və Porsche bir kampaniya şəklində birləşdilər.


Volkswagen Porsche-nin ikinci hissəsini demək olar ki, 4.5 milyard euro-ya hazırladı. 2009-cu ildə Volkswagen artıq Porsche-nin səhmlərinin 49.9%-ni 3.9 milyard euro-ya əldə etmişdi.


Euronews-un məlumatına görə, Porsche ilin birinci rübündə gəlirlərinin 1.15 milyard euro təşkil etdiyini xəbər verdikdən sonra kampaniyalar birləşdi. Qeyd edək ki, bu gəlir kampaniyanın ötən ilki gəlirindən səkkiz dəfə çox idi.


İnteqrasiya həyata keçirilən zaman Porsche-nin 2.5 milyard euro borcunun ödənilməsi, satışla əlaqədar əməliyyatlarda və istehsalda 700 milyon euro qənaət etmək nəzərdə tutulub.


“Bu birləşmə eyni zamanda həm Volkswagen, həm də Porsche üçün, həmçinin sənaye ölkəsi kimi Almaniya üçün də sərfəlidir”- deyə, nəhəng avtomobil istehsalçısı bildirmişdir.


Volkswagen Avropada nəhəng avtomobil istehsalçısıdır, hansı ki, Volkswagen, Audi, Skoda, SEAT kimi markaları özündə birləşdirir. Korporasiyanın lyuks klass avtomobil istehsalı bölməsində Lamborghini, Bentley, Bugatti kimi məşhur brendlər mövcuddur. Həmçinin kampaniya Volkswagen Commercial Vehicles şöbəsi və Scania markası vasitəsilə yük daşınması ilə də məşğul olur. Kampaniyanın 400 000 əməkdaşdan ibarət işçi heyəti var. Porsche-nin isə 13 000 əməkdaşı var (2010-cu ilin hesabatına əsasən).