Sakit Səmədov
Logix-in CEO-su, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti
Şəkil1: Dünya ölkələrinin 2018-ci il ÜDM həcmi.
Dünya İqtisadiyyatının ÜDM-nin ümumi həcmi 86 trilyon dollar təşkil edir və bu ÜDM həcminin 75%-i 15 ölkənin payına düşür. 2017-cu ildə isə bu rəqəm 80 trilyon dollar təşkil edirdi. Ümumilikdə ölkələrin böyüməsinin ÜDM-yə nəzərən hesablandığını nəzərə alsaq, hər keçən il böyümə müşahidə olunduğunu görünür. 2020-ci ildə isə G7 ölkələrində 5-8% kiçilmə müşahidə olunacağı təxmin olunur. Hətta Almaniyada bu kiçilmənin 6,5% olacağı proqnozlaşdırılır.
NO |
Ölkələr |
ÜDM (Nominal, USD) |
Dünya üzrə (%) |
#1 |
ABŞ |
$20.49 trilyon |
23.89% |
#2 |
Çin |
$13.61 trilyon |
15.86% |
#3 |
Yaponya |
$4.97 trilyon |
5.79% |
#4 |
Almaniya |
$4.00 trilyon |
4.66% |
#5 |
İngiltərə |
$2.83 trilyon |
3.29% |
#6 |
Fransa |
$2.78 trilyon |
3.24% |
#7 |
Hindistan |
$2.73 trilyon |
3.18% |
#8 |
İtalya |
$2.07 trilyon |
2.42% |
#9 |
Brazilya |
$1.87 trilyon |
2.18% |
#10 |
Kanada |
$1.71 trilyon |
1.99% |
#11 |
Rusiya |
$1.66 trilyon |
1.93% |
#12 |
Cənubi Koreya |
$1.62 trilyon |
1.89% |
#13 |
Avstraliya |
$1.43 trilyon |
1.67% |
#14 |
İspaniya |
$1.43 trilyon |
1.66% |
#15 |
Meksika |
$1.22 trilyon |
1.43% |
2018-ci ilin statistikasına əsasən Çin 13,61 (14,2 trilyon-2019) trilyon dollarlıq ÜDM həcminə görə dünyanın 2-ci nəhəng iqtisadiyyatına sahibdir. Dünya ümumi ixrac həcmi 18,74 trilyon dollardır, idxal həcmi isə 19 trilyon dollardır. Çinin ixracat həcmi 2,5 trilyon, idxal həcmi isə 2 trilyon dollardır. Ümumilikdə Çinin ticarət dövriyyəsi 4,5 trilyon, yəni ümumi ticarət dövriyyəsinin 12%-ni təşkil edir. İndi deyəcəksiniz ki, Çin 2-ci yerdədir, 1-ci yerdə Amerikadır. Lakin digər tərəfdən dünya miqyasındakı idxal-ixrac rəqəmlərinə nəzər saldığımızda vəziyyəyin nə qədər ciddi olduğunu aydın görmək olar. Son 3 ilin statistikasına nəzər salsaq görərik ki, Çindən ən böyük idxal həcminə sahib olan ölkə də Amerikadır və bu rəqəm təqribi 419 milyard dollardır.
Şəkil 2: Çinin Dünya ölkələrinə ixracat həcmi
Ümumilikdə Çin ucuz qiymət siyasəti ilə dünya miqyasında inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən böyük tədarükçüsünə çevrilmişdir. Avropa, Orta Şərq və MDB ölkələrinə olan təqribi 600 milyard dollarlıq ixrac rəqəmlərinə nəzər yetirdiyimiz zaman görərik ki, söhbət heç də kiçik rəqəmlərdən getmir.
Səkil 4: Çinin Avropa ölkələrinə eksport həcmi |
|||
MİN ABŞ DOLLARI |
|||
İdxalçılar |
2017-ci ildə ixrac edilib |
2018-ci ildə ixrac edilib |
2019-cu ildə ixrac edilib |
Avropa ölkələrinin cəminə |
373194053 |
410794095 |
428131103 |
Almaniya |
71224289 |
77908711 |
79706091 |
Niderland |
67325060 |
73124185 |
73945370 |
İngiltərə |
57039880 |
56987896 |
62275959 |
İtaliya |
29234031 |
33266948 |
33414562 |
Fransa |
28029290 |
31193002 |
33104056 |
İspaniya |
23014599 |
25064193 |
26825957 |
Polşa |
17916691 |
20944256 |
23906087 |
Belçika |
15779441 |
17137810 |
18242346 |
Çexiya |
8781492 |
11912529 |
12911008 |
İsveç |
7019611 |
8254438 |
8515588 |
Yunanıstan |
4780552 |
6542161 |
7740224 |
Danimarka |
6495779 |
7298392 |
6716704 |
Macarıstan |
6042580 |
6540410 |
6439100 |
Rumıniya |
3776979 |
4512111 |
4562822 |
Portuqaliya |
3464745 |
3768702 |
4325492 |
Sloveniya |
2889919 |
4435174 |
3404442 |
İrlandiya |
2908818 |
3651707 |
3267313 |
Finlandiya |
2838389 |
3086395 |
3024718 |
Səkil 5: Çinin Orta Şərq ölkələrinə eksport həcmi |
|||
MİN ABŞ DOLLARI |
|||
İdxalçılar |
2017-ci ildə ixrac edilib |
2018-ci ildə ixrac edilib |
2019-cu ildə ixrac edilib |
Orta Şərq ölkələrinin cəminə |
126441402 |
126597827 |
135920300 |
BƏƏ |
28842011 |
29902887 |
33450538 |
Səudiyyə Ərəbistanı |
18320971 |
17560589 |
23924462 |
Türkiyə |
18143520 |
17864201 |
17321763 |
Misir |
9512991 |
12020880 |
12217146 |
İran |
18642027 |
14008984 |
9608726 |
İsrail |
8949589 |
9315784 |
9516484 |
İraq |
8348527 |
7917674 |
9473787 |
Küveyt |
3115497 |
3321341 |
3860876 |
İordaniya |
2811456 |
2973958 |
3734207 |
Oman |
2325082 |
2875748 |
3020370 |
Yəmən |
1645825 |
1876595 |
2821134 |
Qatar |
1683515 |
2488628 |
2409266 |
Livya |
2021808 |
1982773 |
1676014 |
Bəhreyn |
904233 |
1138820 |
1487765 |
Suriya |
1104989 |
1275207 |
1315799 |
Səkil 3: Çinin MDB ölkələrinə eksport həcmi |
|||
MİN ABŞ DOLLARI |
|||
İdxalçılar |
2017-ci ildə ixrac edilib |
2018-ci ildə ixrac edilib |
2019-cu ildə ixrac edilib |
MDB ölkələrinin cəminə |
72126570 |
80675089 |
87205697 |
Rusiya |
43149783 |
48005203 |
49484540 |
Qazaxıstan |
11632542 |
11326581 |
12806979 |
Ukrayna |
5040557 |
7025517 |
7379260 |
Qırğızıstan |
5371401 |
5546955 |
6312091 |
Özbəkistan |
2763952 |
3942096 |
5044571 |
Belarusiya |
933513 |
1145353 |
1777676 |
Tacikistan |
1323547 |
1425934 |
1612376 |
Gürcüstan |
915538 |
1102603 |
1400272 |
Azərbaycan |
387613 |
516278 |
617035 |
Türkmənistan |
369050 |
316779 |
431024 |
Ermənistan |
141175 |
213134 |
220341 |
Moldaviya |
97899 |
108656 |
119532 |
Dünya ölkələri üçün sənayenin bir ölkədə mərkəzləşməsinin çox böyük risk olduğunu hamımız çox yaxşı bilirik. Bu gün ən kiçik şirkətlər belə satış və satınalma proseslərini optimallaşdırmaq üçün ən az 3 alternativlə işləyərkən dünya ölkələrinin Çin təhlükəsini görməzdən gəlməsi çox maraqlıdır. Təbii ki, bu istiqamətdə müxtəlif fikirlər səsləndirmək olar. Çində işçi qüvvəsi çox ucuzdur. Çində əsas sənaye ilə yanaşı yan sənaye sahələri də inkişaf edib. Buna görə də zavodları orda tikdiyiniz zaman xammal tədarükü daha asan olur və s. kimi. Bu fikirlərin bəziləri ilə razıyam, lakin tabloya daha kənardan baxdığımız zaman aydın olur ki, bu sərfəli olsa da, ən səmərəli metod deyil. Bütün bunlar bilərəkdən və ya bilməyərəkdən monopoliya yaranmasına səbəb olur.
Hazırkı vəziyyətdə olduğu kimi, Çində baş verəcək istənilən fövqəladə hadisələr, böhranlar baş verdiyi zaman bütün dünya ölkələri ağır nəticələrlə üzləşirlər. Misal olaraq deyə bilərəm ki, pandemiya dövründə G7 ölkərinin toplam zərəri 4.11 trilyon dollar olmuşdur. Ümumilikdə digər ölkələrlə birlikdə dəymiş zərərin həcmi 5,75 trilyon dollardır. G7 ölkələri Beynəlxalq hüquq normalarına görə dəymiş bu zərəri Çindən tələb etməyə hazırlaşır. Britaniyanın rəsmi olaraq elan edilmiş dövlət xərclərindənasılı olaraq 449 milyard dollar zərər tələb edə bilər. Eyni şəkildə, ABŞ 1 trilyon 200 milyard dollar, Kanada 59 milyard dollar və Avstraliya 37 milyard dollar zərərin qarşılanmasını tələb edə bilər.
İndi məni bir sual düşündürür: Dünya nəhəngləri Çinin dünya iqtisadiyyatının sənaye mərkəzinə çevrilməsini görmürdülər mi və ya bilərəkdən mi belə olmasını dəstəklədilər? Gəlin baxaq görək bu hər zaman belə idi mi? Əslində belə deyildi. Aşağıda linkdəki videoya və sizə təqdim etdiyim qrafikdə son 10 ildəki böyümə tempinə nəzər salsanız əslində mənzərənin fərqli olduğunu görəcəksiniz.
Şəkil 6: Çin ÜDM həcminin son 10 ildəki artım tempi
İndi deyəcəksiniz ki, bu rəqəmləri hamı bilir və bu rəqəmlər bizim nəyimizə lazımdır?
Bəli bu rəqəmləri bütün dünya ölkələri bilir və hal-hazırda pandemiya sonrası iqtisadiyyatlarının yenidən dizayn edilməsi prosesi başlamışdır. İqtisadiyyatı və biləvasitə sənayesi Çindən asılı olan ölkələr alternativlərin formalaşması üçün fəaliyyətə başlayıblar artıq. Təqribi rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, 2,5 trilyon dollarlıq bir sənaye paylanmasından söhbət gedir. G7 ölkələri sənayelərinin alternativli tədarük zəncirinin formalaşması üçün xammal və yarımfabrikat potensialı olan ölkələrə yatırım etməyə hazırdırlar.
Mən düşünürəm ki, biz doğru analiz edib və doğru istiqamətdə yatırım yönləndirməsi etsək, sadəcə bizə nəqliyyat baxımından yaxın ölkələrin tədarük ehtiyacının bir hissəsini qarşılaya bilərik. Rəqəmlərin dili ilə desək yuxarıda qeyd etdiyimiz təqribi 600 milyard dollarlıq tədarük ehtiyacının minimum 5%-ni(30 milyard dollar) maximum 10%-ni (60 milyard dollar) qarşılaya bilərik. Bu rəqəmlər ölkə iqtisadiyyatı möhkəmlənməsi və qeyri-neft sektorunun inkişaf etməsi üçün çox əhəmiyyətli təsirə malik ola bilər.
Biz də ölkə olaraq bu proseslərdən kənarda qalmamalıyıq. Dünyada baş verəcək dəyişikliklərdən faydalanmaq lazımdır.
Atılacaq addımlar çox sadədir əslində:
- İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrlə iqtisadi danışıqlara başlanmalıdır. Azad iqtisadi zonaların yaradılması da daxil olmaqla, o ölkələrin tədarük ehtiyacının Azərbaycana yönləndirilməsi istiqamətində işlər görülməlidir.
- Azərbaycanın mövcud sənaye xəritəsi çıxarılmalıdır. Bu sənayenin istehsal potensialına müvafiq olaraq daxili satınalma imkanlarının gücləndirilməsi istiqamətində, yan sənayenin inkişaf etdirilməsi təmin edilməlidir. Bir sözlə desək qoruma iqtisadiyyatı tətbiq olunmalıdır.
- Daxili xammal və yan sənaye dəstəkli iri sənaye sahələrinin istehsal potensialı gücləndirilərək xarici bazarlara çıxış imkanları araşdırılmalıdır.
- Dövlət ölkənin mövcud ixracat infrastrukturunu gözdən keçirərək, təkmilləşdirməli və sənayenin ixrac yönümlü olmasını təşviq etməlidir.
- Ölkənin sənaye xəritəsinin analizi nəticəsində öncədən qurulmuş, lakin zəif inkişaf etmiş və ya ümumiyyətlə diqqətdən kənarda qalmış sənaye sahələrinin inkişafı üçün dəstək proqramları həyata keçirilməlidir. Dövlət dəstəkli subsidiyalar və ya güzəştli, uzun müddətli kredit imkanları tətbiq olunmalıdır.
- Universitetlərlə sənayenin əməkdaşlığı gücləndirilməlidir və effektiv kadr siyasəti həyata keçirilməlidir.
- Sahibkarların yanlış yatırımları nəticəsində doğru istiqamətlənməmiş, sənaye sahələri nəzərdən keçirilməlidir və yeni istiqamətə yönləndirilməsi təmin olunmalıdır.
- Ölkənin ehtiyac potensialından artıq istehsal gücünə malik fabriklər analiz olunmalıdır və onlara yeni bazarların tapılması istiqamətində dəstək verilməlidir.
- Eyni sektorda fəaliyyət göstərən sahibkarlar konsorsiyum qurmalıdırlar və daxili bazarın tələbatının tam ödənilməsi ilə yanaşı, beynəlxalq bazarlara çıxış imkanlarını araşdırmalıdırlar.