Səs texnologiyalarının rəqəmsal sahədə tətbiqinin getdikcə artmasına yeni bir trenddən ziyadə paradiqma dəyişimi adını vermək olar. Bu paradiqma dəyişiminin aparıcı qüvvəsi millenial nəslinin təmsilçiləridir. Məhz onlar hal-hazırda digər nəsillərlə müqayisədə səsli texnologiyalardan ən çox istifadə edən nəsildir.


Hər 6 amerikalıdan 1-i səsli “ağıllı qurğulardan” (Amazon Echo, Google Home) istifadə edir və eMarketer-in proqnozlarına görə 2020-ci ildə belə istifadəçilərin sayı 100 milyona çatacaq.



Səsli texnologiyaların populyarlığının artmasına səbəb nədir?


Təməlində insan səsinin yazıya və yazının süni intellekt vasitəsilə mümkün qədər təbiiləşdirilmiş insan səsinə çevrilməsi olan səs texnologiyaları “ağıllı” cihazlara inteqrasiya edildikcə istehlakçı vərdişlərində dəyişiklik yaranmasına səbəb olur. Mütəxissislər bunu səsli axtarışdan istifadənin daha “təbii” və rahat olması ilə əlaqələndirir.


Yaxın gələcəkdə hansı sahələrdə səsli texnologiyanın tətbiqi artacaq?


Google Home və Amazon Alexa kimi danışan “köməkçilərin” sayı artacaq və funksionallığı mükəmməlləşdiriləcək. Ovum araşdırma mərkəzinin hesablamalarına görə 2021-ci ildə dünyada 7.5 milyard səsli cihaz olacaq ki, bu da dünya əhalisinin ümumi sayından çoxdur.


Danışan “köməkçilərin” funksionallığı da artacaq və axtarış kontekstinə uyğunlaşdırılacaq. Artıq Amazon Alexa ilə söhbətə başlamaq üçün hər cümləni ”Alexa, hava necədir?”, “Alexa, pizza sifariş et” kimi başlamağa ehtiyac qalmayacaq, çünki sonrakı sorğuları Alexa yaranmış kontekstdən başa düşəcək.


Səsin yazıya çevrilməsi texnologiyası əsasında Youtube-dakı videolara avtomatik altyazıları əlavə edilir. Saytlarda yazılı materialın səsləndirilməsi artıq populyarlaşır. Yazının səsə çevrilməsi kitabların səsləndirilməsinin daha tez və az vəsaitlə həyata keçirilməsinə şərait yaradır.


Təhsil sahəsində dərslərin və mühazirələrin yazıya çevrilərək materialın şagird və tələbələrin istifadəsinə verilməsi artıq Coursera kimi böyük online təshil platformalarında geniş yayılıb. Gələcəkdə də eşitmə və koqnitiv məhdudiyyəti olanlar üçün yazıya çevrilmiş səs materialları böyük imkanlar yaradacaq.



Səsli axtarış günümüzdə artıq aktualdır, xüsusilə də elektron ticarətdə. Səsli axtarış ilə edilən alış-verişlərin dəyərinin 2022-ci ilədək 40 milyard dollara çatacağı təxmin edilir. Amazon, Ozon, Hepsiburada və Aliexpress kimi iri onlayn elektron ticarət platformaları mobil tətbiqlərinə səsli axtarış sistemini artıq inteqrasiya edib. Azərbaycan da səs texnologiyalarının tətbiqi baxımdan dünyadan geri qalmamağa çalışır. Bizim ölkədə, bütün dünyada olduğu kimi, belə texnologiyaların müxtəlif sahələrdə tətbiqi dinamikası yaxın gələcəkdə artacaqdır. Bu da öz növbəsində azərbaycan dilinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq səsli texnologiyanın ona uyğunlaşdırılmasını zəruri edir. Bu sahədə aparıcı rolu azərbaycan dilində səsin yazıya və yazının səsə çevrilməsi texnologiyası əsasında Voicen platformasını yaratmış AzReco şirkəti oynayır. Şirkətin təkmilləşdirdiyi texnologiya telekommunikasiya, media monitorinq, təhsil, elektron ticarət, səsli axtarış, rəqəmsal marketing və rəqəmsal bankçılıq sahəsində tətbiq edilə bilər. Texnologiyanın məxsusi olaraq azərbaycan dilinə adaptasiya edilməsi, Youtube və Facebook kimi platformalarda yayımlanan videolara altyazıların əlavə edilməsini avtomatlaşdırır. Bununla da şirkətlər yaratdıqları video kontent vasitəsilə rəqibləri ilə müqayisədə önə keçmə imkanı əldə edəcəklər.


AzReco-nun təqdimatı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.


https://we.tl/t-ot1hHWnjss


Anar Abdullayev, marketinq meneceri