Keyfiyyətli kontentin istehsalı və insanların bu kontentə çıxışı şəxsi və peşəkar inkişaf üçün zəruri faktordur. Xarici mənbələrdən istifadə nə qədər vacib olsa da, məsələnin bir üzü də lokal kontentdir, bir tərəfdən tərcümə olunmuş materiallar, digər tərəfdən sırf yerli istehsal keyslər, kitablar, məqalələr, videolar və s.-nin olması olduqca vacibdir.
Ölkədə yerli kontent istehsalı üçün ciddi əmək sərf edən yoldaşların qədrini bilməliyik, çünki lazımi qarşılığını almasalar da, bu işi davam edirlər. Bu qəhrəmanları daha çox tanıtmaq və dəstək olmaq məqsədli onları bir araya topladıq, aşağıda siyahı formasında təqdim edirik.
BİZNES və İdarəetmə
İlkin Manafov - ilkinmanafov.com - Bizneslə bağlı lakonik və praktiki videolar, məqalələr
Fəxri Ağayev - biznes, idarəçilik, karyera, peşəkar inkişafla bağlı vloq
AİRP - insan resurslarının idarəolunması mövzusunda faydalı videolar, canlı yayımlar
Xəqani Səfərov - HR option - idarəçiliklə bağlı faydalı video və yazılar
Azərbaycan Sahibkarlar Konfederasiyası - kiçik və orta bizneslərə faydalı ola biləcək məlumatlar, yeniliklər, maarifləndirmə xarakterli məzmun
Cavid Abasov - http://www.cavidabasov.com/ - biznes plan, strategiya, analitika barədə yazılar
Vüsal Mahmudov - həm fb profilində, həm də YouTube kanalında idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma haqqında faydalı kontent yaradır
MARKETİNQ və SATIŞ
Orxan Rzayev - həm facebook profilində, həm də https://orkhanrza.com/ saytında trendlər, startaplar, marketinq, sosial media mövzularında 6 ildən çoxdur ki, yaradır
mktg.az - marketinq, rəqəmsal, brendinq və s. mövzularda məqalələr
Rafiq Hunaltay - həm fb profilində faydalı kontent yaradır, həm də http://hunaltay.com/ saytında
facemark.az - marketinqlə bağlı müxtəlif müəlliflərin bloqlar yazdığı platforma
markzone.az - marketinqlə bağlı müxtəlif müəlliflərin bloqlar yazdığı platforma
Müşfiq Şirəliyev - rəqəmsal marketinqlə bağlı vloqlar
Aynur Haşim - marketinqlə bağlı informativ postlar paylaşır, həmçinin telegram kanalına abunə olmaqla bu məlumatlardan faydalanmaq olar
ŞƏXSİ İNKİŞAF
Elvin Dadaşsoy - şəxsi inkişaf mövzularında postlar, videolar, canlı yayımlar və vebinarlar
Könül Quliyeva - bədən dili və effektiv ünsiyyətlə bağlı vebinarlar, canlı yayımlar və vloqlar
Nəcəf Allahverdiyev - şəxsi inkişaf, natiqlik, psixoloji mövzularda vebinarlar, canlı yayımlar
Coaching.az - şəxsi inkişaf, motivasiya, kouçinq mövzularında məqalələr
SƏYAHƏT
Baba Ağayev - səyahətlə bağlı bloq
Jalə Ələkbərova - Instagram - YouTube - sərfəli səyahətlə bağlı bloq, faydalı məsləhətlər
Həvva Səfərova - Instagram - Youtube - uşaqlarla səyahət, valideynlik, lifestyle bloq
Azər İsmayıl - səyahətlə bağlı bloq
DİGƏR
Technote - https://technote.az/ - texnologiya, sosial media, rəqəmsal marketinq, startaplar barədə
http://avtostop.tv/az - yol hərəkəti qaydaları, qanunlar və s. barədə ətraflı və sadə dildə məlumat
Organic Elm - https://organicelm.com/ - elm və din mövzusunda maraqlı araşdırmalar və yazılar paylaşılır
Belə-belə işlər - müxtəlif mövzularda, xüsusilədə tarixə öz izini salmış həmvətənlərimiz barədə maarifləndirici videolar
Xaricdə çörək - xaricdə təhsillə bağlı faydalı və səmimi vloqlar
Murad Akifsoy - psixoloq Murad Akifsoy həm öz telegram kanalında, həm də vebsaytında mütəmadi olaraq faydalı məlumatlar paylaşır
Vəfa Əli - lifestyle, valideynlik, fərdi inkişaf mövzusunda vloqlar
Aslan Məmmədzadə - yeni dil öyrənməklə bağlı faydalı məsləhətlər
Sərxan Rüstəmov - mütaliə, kitablar və valideynliklə bağlı youtube kanal
Tunar Süleymanlı - MS Excel proqramını bu kanal vasitəsilə sıfırdan öyrənə bilərsiniz
Yaşar Əhmədli - biznes proseslər, mühəndislik barədə bloq
ixtisas.az - ixtisas seçimi ilə bağlı abituriyentlər üçün faydalı mənbə
Elmir İsgəndərov - bu kanalda uşaq psixologiyası, valideynlər üçün tövsiyyələrlə bağlı vloqlar yer alır
DataSoCool bloq - data analitikası ilə bağlı məqalələr
Biz də Brandup olaraq 3 ildən çoxdur ki, 70-ə yaxın bloq yazmışıq, həmçinin videolar çəkirik, canlı yayımlar edirik. Məqsəd sözsüz ki, bazarın inkişafıdır, faydalarını saymaqla bitməz, ziyanını isə hələ bir dənə də tapa bilməmişəm. Ümid edirəm ki, getdikcə belə şəxslərin, platformaların sayı daha da artacaq.
Paylaşın ki, daha çox insan məlumatlansın. Oxuduğunuz üçün təşəkkürlər!
BrandUp reklam agentliyi CEO, Tamerlan İsmayılov