Dünya koronavirus epidemiyası ilə başa çıxmağa çalışır. Elə buna görə də evdə qalan insanlar vaxtlarını keçirmək üçün televiziya və dijital platformalara yönəliblər. Statistikalar da onu göstərir ki, bu məcralar üzərindən baxış sayı sadəcə artıb.


Facemark.az-ın məlumatına görə, Time jurnalı 2020-ci il istehsalı olan, bəziləri isə daha öncə çəkilmiş və yayımlanmış olsa da, 2020-ci ilin ilk yarısında yeni sezonları dijital platformalarda ekranlaşdırılacaq filmlərin TOP 10-nu hazırlayıb. Budur 2020-ci ilin ən yaxşı 10 filmi...


1) Better Call Saul


Kanal: AMC | Aktyorlar: Bob Odenkirk, Giancarlo Esposito, Jonathan Banks | Sezon sayı: 5 | Mövzu: Breaking Bad serialının spin-off-u serial vəkil Saul Goodman-ın Walter White-dan öncəki məcralarından bəhs edir.


2) Better Things


Kanal: FX | Aktyorlar: Pamela Adlon, Mikey Madison, Hannah Alligood | Sezon sayı: 4 | Mövzu: Sam adlı ananın üç uşağını tərbiyə edərkən, aktrisalıq karyerasındakı uğurlarından danışılır.


3) Betty


Kanal: HBO | Aktyorlar: Dede Lovelace, Kabrina Adams, Nina Moran | Sezon sayı: 1 | Mövzu: Kişilərin hegemon olduğu Nyu-Yorkun skeytbord dünyasında bir qrup qadının həyatından bəhs edir.


4) BoJack Horseman


Kanal: Netflix | Seslendirənlər: Will Arnett, Amy Sedaris, Alison Brie | Sezon sayı: 6 | Mövzu: 90-ların televiziya məşhurlarından biri olan BoJack-ın həyatından bəhs edir.



5) Dare Me


Kanal: USA | Aktyorlar: Willa Fitzgerald, Herizen F. Guardiola, Marlo Kelly | Sezon sayı: 1 | Mövzu: Liseyə yeni koçun gəlməsindən sonra baş verənlərdən danışır.


6) Mrs. America


Kanal: FX | Aktyorlar: Cate Blanchett, Rose Byrne, Uzo Aduba | Sezon sayı: 1 | Mövzu: AkivistPhyllis Schlafly-nin gözündən 1970-ci ildə feminizmin yüksəlişini və ABŞ-da bərabərlik hüququnun hazırlanmasını mövzu edir.


7) The Great


Kanal: Hulu | Aktyorlar: Elle Fanning, Nicholas Hoult, Phoebe Fox | Sezon sayı: 1 | Mövzu: Rusiya çariçası Böyük Catherine-in yüksəlişindən bəhs edir.


8) The New Pope


Kanal: HBO | Aktyorlar: Jude Law, John Malkovich, Silvio Orlando | Sezon sayı: 1 | Mövzu: The Young Pope serialının davamı olaraq çəkilən film, inqilaba inanan bir Amerikalının yeni Papa seçilməsindən danışır.


9) The Plot Against America


Kanal: HBO | Aktyorlar: Winona Ryder, Anthony Boyle, Zoe Kazan | Sezon sayı: 1 | Mövzu: Faşizmin yüksəldiyi bir atmosferdə yaşayan Yəhudi bir ailənin həyatına fokuslanır.


10) Vida


Kanal: Starz | Aktyorlar: Melissa Barrera, Mishel Prada, Ser Anzoategui | Sezon sayı: 3 | Mövzu: İki qardaş anasını itirməyin kədəri içindədir, ancaq zaman keçdikcə öz həqiqi analarının şəxsiyyətini öyrənirlər.