Geyim istehsalçısı H&M və alman texnologiyalı startap Boltware sevdikləridən uzaq olanlar üçün cins gödəkçə ərsəyə gətirib. Layihə Wearable Love (Geyinəbilən sevgi) adlandırılıb.


Facemark.az-ın məlumatına görə, bu haqda Inside Retail nəşri yazır.


İstehsal olunan hər bir gödəkçədə Bluetooth vasitəsilə aktiv edilən xüsusi sensorlar var.


Blluetooth-u aktiv etdikdə o sahibinə qucaqlamaq hissi verir. Əlavədə Sevginin Siyahısını yarada bilərsiniz, eləcə də ona fərdi şablonlar əlavə etmək olar.


Sensorlar batareya ilə işləyir, onların ömrü isə 2 həftədir.