Nike məşhur basketbolçu, bu ilin yanvarında vəfat edən Kobi Brayantı özünün yeni reklam çarxında yad edib. Video üzərində isə Wieden + Kennedy agentliyi çalışıb.


Facemark.az xəbər verir ki, daha öncə Nike Brayantı Mamba Week həftəsi çərçivəsində yad etməyə qərar vermişdi.


Yaşasaydı bir neçə gün əvvəl (avqustun 23-də) Kobi 42 yaşına keçid edəcəkdi.


Bütün həftə ərzində Nike basketbolçunun şərəfinə xüsusi məhsullar və proqramlar təklif edəcək.


Video kampaniyanı açır. Videonun mətnini isə reper Kendrik Lamar oxuyur, o xatırlayır ki, Brayant həmişə özünü və başqalarını yaxşı tərəfə yönləndirməyə çalışırdı.


Adweek nəşrinin yazdığına görə, Nike Fond-u həmçinin aztəminatlı uşaqlara kömək edən, qızlara idmanda bərabər imkanlar verən Mamba & Mambacita Fonduna 1 milyon dollar ayırıb.


Xatırladaq ki, Kobi Brayant 2020-ci ilin yanvarında qızı və təyyarədə olan 7 nəfər ilə birlikdə qəzada vəfat edib.


Basketbolçu və onu müşayiət edən insanlar Mamba Sports Academy-sında basketbol oyununa başlamışdır. Duman, yağış və zəif görüntü təyyarənin qəzaya uğramasına səbəb olmuşdu.