Donald Tramp ABŞ-ın 45-ci və hazırkı prezidentidir. 20 yanvar 2017-ci ildə vəzifəsinə başlayıb. 17 Mart 2020-ci ildə isə Respublikaçı namizədliyini qazanmaq üçün lazım olan nümayəndə həddini (1276 nümayəndə ) keçib. O, rəsmi olaraq 24 Avqust 2020-ci ildə Respublikaçı Konqresində bu il üçün növbəti namizəd göstərilib.


Tramp-ın rəqibi vitse-prezident Mike Pence-dir.


Trump-ın yenidən seçki kampaniyası iqtisadiyyat, iş yerləri, immiqrasiya və xarici siyasət mövzusundadır. Açılış mərasimi zamanı “Amerika Birincisi” adını verdiyi platformasını belə izah edib: “Ticarət, vergilər, immiqrasiya, xarici əlaqələr ilə bağlı hər qərar Amerikalı işçilərə və Amerikalı ailələrə fayda gətirmək üçün veriləcək”.


Bütün bunlardan əlavə, Trump-ın öncəki reklam kampaniyası daha çox səs gətirmiş və seçilməsinə fayda vermişdir.


Trump rəqəmsal reklam kampaniyası üzrə mütəxəssisə seçkiyə görə veb saytın qurulması üçün 1500 dollar pul verib. Maraqlısı budur ki, sonradan Trump qalib gələndə isə o, daha böyük pullar, dəqiq desək 94 milyon dollar qazanıb.


Bəs bu səlahiyyəti öhdəliyinə götürmüş həmin şəxs kimdir? Gəlin, onun haqqında da məlumatlanaq:


Brad Parscale, rəqəmsal karyerasına kitab mağazalarında başlayıb, insanların veb dizaynlarını ərsəyə gətirib, özünün xidmətlərini onlara təklif edib.


Təsadüfən, 2011-ci ildə, omlet yeyən zaman, Trump Təşkilatından bir e-poçt alır. Orada deyilirdi ki, Donald Tramp-ın əmək layihələrindən biri üçün veb dizayn hazırlamaq lazımdır. Onların əməkdaşlığı 2015-ci ilə qədər e-poçt vasitəsilə beləcə davam edib.


Parscale, yüksək hədəfli bir Facebook reklamı yaradıb, hər birini nə qədər klik alacağını görmək üçün öncədən test edirdi.


Tramp-ın özü isə Twitter vasitəsilə Facebook-u ona qarşı olmaqda günahlandırır.


Ancaq Parscale, Trump-ın seçki kampaniyasında ən yaxşı halda sosial media vasitələrindən istifadə etdiyini bildirib.


Müəllif: Fidan Əzizova