Daha öncəki Interbrand yazımızda daha çox TOP 10 və ən çox dəyər qazanan markalar üzərində durmuşduq, bu dəfə isə sektor bazında analiz edək. 100 ən dəyərli (Interbrand-Best Global Brands) marka içərisində ümumilikdə 17 sektora aid markanın yer aldığını görürük. Qida və geyimdən tutmuş, elektronika və biznes xidmətlərinə qədər bir sıra markalar bu siyahıda yer alıb. Say etibarilə ilk sıra 15 brendlə avtomobil sektorudur. İkinci sırada 12 brendlə maliyyə xidmətləri sektorudur. FMCG (fast moving consumer goods - gündəlik istehlak malları), lüks mallar və texnologiya sektoru hərəsi 9 brend olmaqla 3-5-ci yerləri tuturlar. Növbəti sıraları biznes xidmətləri, elektronika, içkilər tutur. Pərakəndə, geyim, idman malları, logistika, enerji kimi sektorlar hərəyə 1-2 brendlə təmsil olunurlar.



Lakin kəmiyyətdə üstünlük heç də ümumi sektorun marka dəyərinin yüksək olması deyil. İlk 10-luqda yer alan markaların tən yarısı (Apple, Google, Amazon, Microsoft, Samsung) texnologiya sektorunu təmsil edir. Təkcə bu kifayət edir ki, heç bir hesablama aparmadan ilk sıranın texnologiya sektorunda olduğunu söyləyək. Ümumilikdə, isə 9 brendin ümumi marka dəyəri 788 milyard dollar təşkil edir. 15 avtomobil brendinin marka dəyəri isə 2 dəfə az 268 milyard dollardır. Bu rəqəmin böyük hissəsi Toyota, Mercedes-Benz və BMW brendlərinin hesabınadır.



Maliyyə xidmətləri sektorunun TOP 100 üzrə ümumi dəyəri 145 milyard, FMCG sektoru üzrə isə cəmi 93 milyard dollardır. Maliyyə xidmətləri üzrə ən yüksək marka dəyəri 21,6 milyard dollarla dünyanın ən böyük kredit kart şirkəti olan American Express-ə məxsusdur. FMCG sektorunda isə 15,7 milyard dollarla liderliyi Gillete-den təhvil alan Pampers brendi tutur. Maraq üçün deyək ki, həyatımızın olmazsa-olmazı FMCG sekrorunun marka dəyəri lüks mallar sektorunun ümumi dəyərindən aşağıdır. Belə k, bu sektora aid 9 brendin toplam dəyəri 117 milyard dollar olmuşdur. Lüks sektorla liderlik Louis Vuitton-a (32.2 mlrd $) aiddir.

Fərid Abdıyev, Brend menecer