“Təsirli və inandırıcı mesaj fərdin psixoloji fəaliyyətini dəyişdirmə qabiliyyətinə malikdir”.


- Vance Packard


Heç hərəkətə keçməyinizə səbəb olan və ya sizə toxunan bir TV reklamına baxmısınızmı? Bunu deyəndə müəyyən bir reklamı düşündünüzmü? Reklamın yaratdığı effekti reklam psixologiyası ilə əlaqələndirmək olar.


Psixologiya insan təbiətini, psixikasını və insan davranışlarını araşdırır.


Reklam, müəyyən alış qərarları vermək üçün insan davranışına təsir göstərmək sənətini araşdırır. Bu iki sahənin toqquşması o qədər də təəccüblü deyil.


Reklam psixologiyası, əsasən, istehlakçının psixoloji meyllərini proqnozlaşdırmağa çalışan bir çox fərqli maraq və dəyişənlərin birləşməsidir.


Adətən reklamların sadəcə hansısa məhsulun xüsusiyyətləri barədə məlumat verdiyini düşünürük. Məsələn, müəyən bir deterjan (təmizləyici vasitə) markası ləkələri rəqiblərindən daha yaxşı çıxarma bacarığını, xoş qoxusunu və paltarları təzə kimi hiss etdirdiyini reklam edə bilər. Bu xüsusiyyətlərin almaq istədiyimiz yuyucu maddənin sahib olddu xüsusiyyətlər olduğuna inanırıq. Bundan əlavə, reklamlar başqa şeylər də edir. Onlar məhsulu götürür və onsuzda haqqında müsbət hiss etdiyimiz bir çox şeyin yanına qoyurlar. Məsələn, deterjan reklamında təzə çiçəklər, sevimli körpələr və günəş işığı görə bilərsiniz. Bütün bunlar onsuz insanlarda müsbət fikir yaradan şeylərdir. Bu təmizləyicini xoşladığımız digər şeylərlə birlikdə dəfələrlə göstərmək bizim yuyucu haqqında da xoş hiss etməyimizə səbəb ola bilər.


Bəs nəyə görə haqqında yaxşı hiss etdiyimiz şeyləri seçirik? Dünya çox qarışıq və həmişə məşğuldur. İnsanlar üçün bir məhsul, insan və ya seçim haqqında bütün obyektiv məlumatlara sahib olduğu haqda əmin hiss etmək çətindir. Əgər seçim etməliyiksə və seçimlərdən biri haqqında sadəcə yaxşı hiss ediriksə, ona böyük ehtimalla bu variant seçəcəyik. Əlbəttə ki, əksər vaxtlarda yaxşı fikirdir. Keçmişdə yaxşı təcrübələr yaşadığımız üçün nə isə haqqında müsbət düşünürük. Məsələ burasındadır ki, biz reklamçılara mental dünyamıza giriş imkanı veririk. Onlar nəyin yaxşı hissetdirdiyi haqda məlumatı bizə aşılamaq fürsəti üçün pul ödəyirlər. Bu informasiyalar nəticə olaraq özümüz xəbərdar olsaq da olmasaq da bizim qərarlarımıza təsir edir.


Rəng psixologiyası


Reklam psixologiyası sahəsindəki mütəxəssislər, reklam işlərində rəngin çox vacib rol oynadığını söyləyirlər. Əvvəla, hər rəng başqa bir mənanı əmsil edir.


Ağ-boşluq, aydınlıq və saflığı təmsil edir.


Mavi-təravət, şəffaflıq və aydınlığı təmsil edir. Həm də sakitləşdirici təsirə də malikdir.


Sarı rəng empatiyanın, aydınlığın, əyləncə, canlılıq və gəncliyin simvoludur.


Qırmızı güc, dinamika və dözümlülüyü təmsil edir. Üstəlik qırmızı diqqət çəkicidir və zehni idarə edir.


Son olaraq yaşıl ümid, təbiət və sakitliyin təmsilçisidir.


Bütün reklam kampaniyalarının arxasında uğurlu və önəmli qərarlar vardır. Bu qərarların hər birində reklam araşdırma psixoloqları marketinq daha da təsirli etmək üçün əlavə məlumatlar verirlər. Onlar aşağıdakı amilləri nəzərə alırlar:


Reklam xüsusiyyətləri: hansı rəng, çap və ya şəkillərdən istifadə olunacağına qərar vermək.


Təkrar: baxış və ya yayınlanma sayı. Bu ən qədim strategiyalardan biri olsa da, ən təsirli strategiyalardan biri olaraq qalır. Onun fəlsəfəsi ondan ibarətdir ki, istehlakçılar bir mesajı nə qədər çox görsələr və ya eşitsələr, yaddaşlarında o qədər çox qalır.


Qiymət: Aşağı qiymət həmişə ən çox satış demək deyil. Bu vacib bir amil olsa da (hər il böyük endirim vaxtlarında satışları nəzərə alaraq), digər amillər də burada iştirak edir.


Kanal: Məhsulun reklam ediləcəyi yer.(radio, televiziya və s.)


Nəticə olaraq cəmləsək, reklamlardakı hər kiçik detal çox önəmlidir. Reklam psixologiyası insanları təsir altına almağa və inandırmağa əsaslanır.


Müəllif: Leyla Kərimova