Gəlin, dünya üzrə tanınan reklam holdinqlərini yaxından tanıyaq:


  • Omnicom Group - Dünya üzrə birinci səviyyədə tanınan və gəliri yüksək olan holdinq New Yorkda fəaliyyət göstərən “Omnicom Group”-dur. Holdinqin gəliri 3,406.9 milyon dollardır. Omnicom-un şəbəkələri dörd disiplin üzrə xidmət göstərir: reklam, müştəri ilə münasibətlərin idarəedilməsi (CRM), ictimaiyyətlə əlaqələr və ixtisaslaşmış xidmətlər. Bu sadalananlara da daxil olan xidmətlər media planlaşdırma və satın alma, rəqəmsal və interaktiv marketinq, idman və event marketinqi, sahə marketinqi və marka konsaltinqidir.
  • WPP Group - WPP plc, İngiltərənin London şəhərində yerləşən bir ingilis çoxmillətli rabitə, reklam, ictimaiyyətlə əlaqələr, texnologiya və ticarət holdinqidir. WPP plc, reklam, ictimaiyyətlə əlaqələr, media və bazar araşdırma şəbəkələrini əhatə edən bir çox şirkətə sahibdir. Holdinqin gəliri 16.899 milyon dollardır.
  • Interpublic Group - Interpublic Companies Group, Inc. (IPG), Amerikada fəaliyyət göstərən bir reklam şirkətidir. Şirkət beş böyük şəbəkədən ibarətdir: FCB, IPG Mediabrands, McCann Worldgroup, MullenLowe Group və Marketinq Mütəxəssisləri ilə yanaşı, ictimaiyyətlə əlaqələr, idman marketinqi, istedadların təmsil olunması və səhiyyə sahələrində bir sıra müstəqil ixtisas agentlikləri. Michael Roth şirkətin baş icraçı direktorudur. İllik gəliri 2.026 milyon dollar təşkil edir.
  • Publicis Groupe - Bir Fransız çoxmillətli reklam və ictimaiyyətlə əlaqələr şirkətidir və gəliri ilə Parisdə yerləşən, dünyanın ən qədim və ən böyük marketinq və kommunikasiya şirkətlərindən biridir. İllik gəliri 2.481 milyon dolları təşkil edir.
  • Dentsu - Dentsu mərkəzi Tokioda yerləşən bir Yapon beynəlxalq reklam və ictimaiyyətlə əlaqələr səhmdar cəmiyyətidir. Dentsu hazırda dünya gəlirlərinə görə dünyada ən böyük beşinci reklam agentliyi şəbəkəsidir. İllik gəliri 2.386 milyon dollardır.

Müəllif: Fidan Əzizova