Reklam cəmiyyətə, insanlara yön verən, onları istiqamətləndirən əhəmiyyətli faktorlardan biridir. Artıq qlobal mədəniyyətin bir hissəsinə çevrilib və cəmiyyətimizdə dərin kök salıb. Mənzil satışı reklamında xoşbəxt ailələrin şəkillərini, yeni gözəllik məhsullarından istifadə edən sevdiyimiz məşhurları, təmizlik məhsulları və ya qida satışı ilə məşğul olan insanları və s. görürük. Reklam hər yerdədir və çox böyük sahədir.


70-ci illərdə hər gün təxminən 500 reklamla qarşılaşırdıqsa, bu gün bu rəqəm 10 dəfə çoxdur.


Reklamlar, həm düşüncəyə, həm də hisslərə təsir etməyə yönəldilmişdir. Amma hisslərə yönəlmiş reklamlar daha uğurludur. Müqayisə etsək görərik ki, düşüncəyə yönələn reklamların müvəffəqiyyət faizi 16-dırsa, bu rəqəm hisslərə yönələn reklamlar üçün təxminən iki dəfə çox - 31%-dir.


Hissləri hərəkətə gətirən reklamlar bunu müxtəlif mövzulardan istifadə edərək edir. Qürur, sevgi, müvəffəqiyyət, empatiya, dostluq, təklik və ya xatirələr reklamda istifadə zamanı ən yaxşı nəticə verir.


Reklamın həqiqi məzmunu deyil, bu reklama istehlakçının göstərdiyi duyğusal reaksiya onu məhsul almaq niyyətinə böyük təsir göstərir. Bəyənmə duyğusu, reklamın bir markanın satışını artırıb artırmayacağını müəyyənləşdirməyə kömək edən ən yaxşı vasitədir.


Reklamın insan psixologiyasına təsiri bir sıra amillərdən asılıdır. Məsələn, rəng seçimi. Bilirik ki, hər rəngin öz psixologiyası var. Və reklamçılar bundan istifadə edərək potensial müştərilərə təsir edirlər.


Yaşıl tarlalar və mavi səmalarla əhatə olunarkən özünüzü rahat hiss edirsiniz? Qırmızı rəngin nəyi təmsil etdiyini və işıqforun dayan işarəsinə baxarkən niyə bir az həyəcan keçirdiyinizi heç düşündünüzmü? Bunlar, rənglərin insan psixikasına təsirlərindən yalnız ikisidir. Hamısı rəng psixologiyası adlanan elmin bir hissəsidir.


Rəng psixologiyasının tarixi Misirlilərə gedib çıxan min illərə aparır. Qədim misirlilər rəngin əhval-ruhiyyəyə təsirini araşdırmışdılar və bundan qazanc əldə etmək üçün istifadə edirdilər.


İsveçrə psixiatrı Carl Jung, rəngi “şüuraltının ana dili” adlandırdı. Psixoloji tədqiqatları onu art terapiyası yaratmasına səbəb oldu. Təsvirlər və rənglər vasitəsilə özünü ifadə etməyin xəstələrin travma və ya sıxıntıdan qurtulmasına kömək edə biləcəyinə inanırdı.


Marketinqdə rənglər insanlara necə təsir edir?


Sevdiyiniz markalarda hansı rənglərin necə üstünlük təşkil etdiyini düşünün. Onların loqotipləri Target və ya Netflix kimi parlaq qırmızıdır? Yoxsa Nike kimi qara və ağ rəngləri sevən bir insansınız? Bəlkə sarı rəngə üstünlük verirsiniz və Best Buy və ya Subway sizi cəlb edir?


Rəng çox vaxt kiminsə məhsul almasının yeganə səbəbi ola bilər. Seul Beynəlxalq Rəng Sərgi mərkəzi tərəfindən aparılan araşdırmalara görə, alıcıların 93%-i sadəcə görünüşə diqqət yetirir.


Gəlin məşhur şirkətlərin rənglərdən psixoloji təsir vasitəsi kimi necə istifadə etməsinə baxaq:


1. Qırmızı Rəng Psixologiyası


Qırmızı rəng, həyəcan yaradaraq müştərini məhsulu almağa ruhlandırır. Həm də iştahanı təşviq edir. Beləliklə fast-food şəbəkələri tərəfindən tez-tez istifadə olunur. Rəng bədəni fiziki cəhətdən stimullaşdırır, qan təzyiqi və ürək ritmini artırır. Hərəkət, həyəcan və ehtirasla əlaqələndirilir. İnsanları hərəkətə gətirir və hərəkətə keçmə üçün vacibdir.


Marketinqdə qırmızı: McDonald’s vəTarget


2. Yaşıl Rəng Psixologiyası


Bu rəng sağlamlıq, əmin-amanlıq, güc və təbiətlə əlaqələndirilir. Mağazalarda müştəriləri rahatlaşdırmaq və ətraf mühit məsələlərini təbliğ etmək üçün istifadə olunur. Beyninizdək harmoniya yaradır və qərar verməyə gətirib çıxaran bir tarazlığı təşviq edir.


Marketinqdə yaşıl: Starbucks, John Deere, Whole Foods və BP


3. Bənövşəyi Rəng Psixologiyası


Bu rəng, ümumiyyətlə, rəng psixologiyasında müdriklik və hörmətlə əlaqələndirilir. Problem yaradıcılığı ilə yanaşı problem həllini də stimullaşdırır. Gözəllik və qocalma əleyhinə məhsulların tez-tez tanıdılmasında da bu rəngə rast gəlinir.


Marketinqdə bənövşəyi: Hallmark, Yahoo və Craigslist


4. Mavi Rəng Psixologiyası


Mavi rəng kişilərin üstünlük verdiyi rəngdir. Rəngin mənası sülh, su, əmin-amanlıq və etibarlılıqla əlaqələndirilir. Həm də təhlükəsizlik hissi verir, iştahanı cilovlayır və məhsuldarlığı stimullaşdırır. Həm də məhsullarına güvənməyi təşviq etmək istəyən mühafizəkar markaların ən çox istifadə etdiyi rəngdir.


Marketinqdə mavi: Honda və American Express


5. Narıncı və Sarı Rəng Psixologiyası


Bu iki rəng şəndir və nikbinliyi təbliğ edir. Yenə də bunları reklamda istifadə edərkən diqqətli olmalısınız. Sarı rəng körpələri ağlada bilər, narıncı isə ehtiyatlılıq hissi yarada bilər. Eyni zamanda, bu narahatlıq impulsiv alıcıları cəlb etmək üçün istifadə edilə bilər.


Marketinqdə narıncı və sarı: Harley Davidson və Snapchat


6. Qara Rəng Psixologiyası


Bu rəng səlahiyyət, güc, sabitlik, inam və güc ilə əlaqələndirilir. Çox vaxt zəkanın simvolu kimi qəbul edilir. Amma çox tez-tez istifadə edilməsi məsləhət deyil. Qara rəngi marketinqdə istifadə etmək hiyləgərlik tələb edir, lakin bəziləri bunu uğurla həyata keçiriblər.


Marketinqdə Qara: Nike və Chanel


7. Boz Rəng Psixologiyası


Boz, praktiklik, qocalıq və həmrəylik hisslərini simvollaşdırır. Bununla birlikdə, həddindən artıq boz rəng heçlik və depressiya hisslərinə səbəb ola bilər. Boz çox istifadə olunarsa ruhlandırıcı təsir yarada bilməz.


Marketinqdə boz: Lexus və Apple


8. Ağ rəng psixologiyası


Ağ rəng təmizlik və təhlükəsizlik hissləri ilə əlaqələndirilir. Ağ boşluq hissi yaradır. Çünki dəyişdirilməmiş, təmiz bir şifrə kimi qəbul edilə bilir. Amma hər zaman doğru seçim olmaya bilər. Ancaq marketinqdə ağdan istifadə minimalist bir marka və ya yanaşma üçün təsirli sayılır.


Marketinqdə ağ: Metro və Lego


Biznesdə rənglərdən necə istifadə etmək olar?


Artıq rəng psixologiyası və rəng mənaları sahəsində bir mütəxəssis olduğunuz üçün, marketinq və reklam üçün işinizdə rənglərdən ağıllı şəkildə necə istifadə edə bilərsiniz? Əslində rəng markanızın şəxsiyyətini əks etdirir. Başlamaq üçün bu qısa təlimatdakı addımları izləyin.


Markanızın imicini ən yaxşı təmsil edən rəngləri seçin.


Rəng nəzəriyyəsində qırmızı gücün rəngidir. Çəhrayı, qadın demoqrafik göstəricilərə çatmaq üçün idealdır, lakin cinsiyyət baxımından neytral olmaq istəyirsinizsə, ümumiyyətlə ideal deyil. Yaşıl isti, cəlbedicidir və sağlamlığı, ətraf mühitə uyğunluğu və xoş niyyəti ifadə edir. (Həm də pulun rəngi olduğu üçün zənginlik düşüncələrini yaradır.) Bənövşəyi, aristokrat rəngidir və zərifliyə və prestijə toxunuş hissi yaradır. Portağal rəngi enerjidir. Qəhvəyi rahatladır ... və s.


Nə demək istədiyimizi anladınızmı? Seçdiyiniz rəng və bu rəngin hərəkətə gətirdiyi duyğular ilk və ən vacib probleminiz olmalıdır. Zəif bir rəng seçimi markanıza mənfi təsir göstərə bilər, buna görə uzun müddətli marka yaratmaq planlaşdırırsınızsa, qərar vermədən əvvəl çox düşünün.


Mənbələr:


https://appliedpsychologydegree.usc.edu/blog/thinking-vs-feeling-the-psychology-of-advertising/


https://smallbiztrends.com/2014/06/psychology-of-colors.html


https://coschedule.com/blog/psychology-in-advertising/


Müəllif: Humay Hüseynli