Bu gün, 11 noyabr, məşhur amerikalı aktyor və prodüser Leonardo Di Kaprio 46 yaşını qeyd edir.


Facemark.az xəbər verir ki, aktyor son üç onillikdə özünü filmin müxtəlif janr və formatlarda; komediyadan, qorxu filmlərinə, vesterndən döyüş filmlərinə qədər sınayıb.


Aktyora karyerasının başlanğıcında uğur gətirən isə Titanik filmi olmuşdur. Daha sonrakı rol aldığı uğurlu filmlər arasında “Catch Me If You Can” (Bacarırsansa, tut məni), “Inception” (Başlanğıc) “Django Unchained”, (Zəncirsiz) “The Wolf of Wall Street” (Uoll Strit Canavarı) və s. Sonuncu filminə görə o Holivudda yeni aktyor ünvanı qazanıb.


Onun növbəti uğuru və uzun zaman idi ki, əldə etməyi gözlədiyi Oskar mükafatını isə “The Revenant” (Diriliş) filmi qazandırıb.


Amerikalı aktyor ən çox hansı obrazı ilə yadınızda qalıb, şərhlərdə bizimlə bölüşün.