Ötən həftə WhatsApp platformadan istifadəyə dair məcburi qaydaları istifadəçiləri ilə bölüşdü. Gizlilik yenilənəsi ortalığı bir-birinə qatdı. WhatsApp bu gün ən popular anlıq mesajlaşma platformasıdır, ancaq yenilənmənin məcburi olmasından sonra o bu populyarlığını itirir. WhatsApp köçündən sonra ilk dayanacaq Telegram, daha sonra Elon Musk-ın tövsiyəsi olan Signal və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tövsiyə edilən BiP oldu. Bəs, bu platformalar məxfilik müqaviləsində nələr vəd edir?


Sosial həyata qoyulan məhdudiyyətlərdən sonra, bütün insanlıq “çamadan”ını toplayıb digitala köçüb. Digital həyat bir çox rahatlıqlar gətirsə də, “məxfilik” sahəsindəki boşluqlar uzun müddətdir ki, gündəmdədir. İnsanlar düşünürdülər ki, üçüncü növ platformalar mağazalardan qalxacaq və trenddə olan platformalar isə məxfilik sahəsində daha ciddi addımlar atacaq. WhatsApp-ın isə son talehsiz yenilənməsi gündəmə bomba kimi düşdü.


Telegram “Gizli Söhbətlər” funksiyası təklif edir


Rus proqrammisti Pavel Durov tərəfindən yaradılan Telegram, çoxlu platforma dəstəyi təklif edir. İstənilən mobil operator üzərindən platformaya qoşulmaq olar. Anlıq səsli və görüntülü mesajlaşma xidmətidir. Telegram 2013-cü ilin avqustunda yaradılıb, pulsuz şəkildə, həm mobil, həm də masaüstü sistemləri ilə istifadəçilərə xidmət verir. Dünyada 400 milyondan çox istifadəçisi var. Telegram açıqlamasında deyib ki, platforma məxfiliyi ciddiyə alır və üçüncü tərəflər istifadəçilərin şəxsi məlumatlarını əsla əldə edə bilməzlər. Üst səviyyədə məxfiliyə önəm verənlər üçün isə “Gizli söhbətlər” funksiyası təklif edir. “Gizli Söhbət” mesajları, hər iki iştirakçı cihazdan da avtomatik şəkildə özünü yox edə bilir. Bu yolla yoxa çıxan hər növ məzmun (mesaj, foto, video, sənədlər və s. ) göndərilə bilər. Gizli Söhbətlər bir mesajın təkcə hədəflənən alıcı tərəfindən oxunmasını təmin etmək üçün ucdan uca şifrələnmədən istifadə edir.


  • Gizli söhbət imkanı təqdim edir. Texnologiya hesabına Telegram belə mesajlarınızı görə bilmir. Həmçinin bu funksiya söhbət əsasında ekran görüntüsü alınmasına da mane olur.
  • Telefon nömrəsi ilə qeydiyyat olunur. Ancaq nömrə verilmədən, istifadəçi adı ilə də söhbətləşmək olar.
  • Görüntülü və səsli mesaj funksiyası var.
  • Mesajın Telegram da daxil olmaqla, üçüncü tərəflərə yönləndirilməsi bloklanıb.

Elon Musk-ın tövsiyəsi olan Signal


WhatsApp-ın məxfilik müqaviləsinin başladığı ilk gündən Elon Musk-ın Signal deməsi maraqlı idi. Türkiyədə ən popular mesajlaşma platformaları arasında Telegram-dan sonra ikinci sırada Signal var. Signal-ın yaradıcıları arasında internet təhlükəsizliyi sahəsində tanınan məşhur şəxslər var. 2010-cu ilin mayından bəri bazardadır, Türkiyədə də öncə istifadəçilər tərəfindən üstünlük verilmirdi. WhatsApp-ın qan itirməsindən sonra sərfəli bir seçimə çevrilən Signal, “Gizliliyə Salam De!” sloqanından istifadə edir. Signal, mesajları tək-tək cavablandırmaq, müəyyən bir mesaja emoji göndərmək, “Hər kəs üçün Sil” funksiyalarını təqdim edir. Signal, eyni zamanda itən mesajlar funksiyasına da sahibdir. Hər bir söhbət üçün yox olan mesajlar tənzimləmək olar və onlar 5 saniyə ilə 1 həftə arasında dəyişən müddəti əhatə edir.


Signal-ın App Store-dəki gizlilik etiketinə baxdıqda, toplanan tək məlumatın telefon nömrəsi olduğu görülür. Signal-ın gizlilik siyasəti “həssas məlumatları əsla toplamayacaq və saxlamayacaq” şəkildə hazırlanıb. Platformadakı bütün çağrılar ucdan uca şifrələnir. Yəni, heç bir üçüncü tərəf və ya Signal bunları əldə edə bilməz. Bundan başqa, Signal hesaba əlavə edilən profil adı, rəsm kimi digər məlumatları da ucdan uca şifrələndiyini deyir.


  • Signal ucdan uca şifrələnməyə sahibdir və gizlilik bir seçim deyil, prinsipdir.
  • Yazılı, səsli məlumatlar, foto, video, GIF və sənədlər pulsuz şəkildə paylaşılır.
  • Qrup söhbətləri yaratmaq olar.
  • Platformada reklam yoxdur.
  • İstifadəçilər stikerlər yaradıb, onları paylaşa bilər.

Türkiyə prezidentinin də tövsiyə etdiyi BiP platforması haqqında isə məlumatı digər məqaləmizdə paylaşacağıq.