Axe xoş qoxular yayan və pis qoxuları boğan yeni Dual Action texnologiyası üçün kampaniya ərsəyə gətirib.


Facemark.az xəbər verir ki, kampaniya The Walk adlı reklam çarxını, yenilənmiş kontenti və qablaşdırma dizaynını əhatə edir.


Yeni məhsulun qablaşdırması üzərində qraffiti ustası, bir çox mükafatlar əldə edən Ben Tellon (Ben Tallon) çalışıb. Kreativlikdən məsul isə The Martin Agency olub.


Brend bildirib ki, yeni texnologiyalı Dual Action-dan bir çox sahələrdə dezodorantdan, duş gelinə qədər istifadə etmək olar.


Bundan başqa, bu xəttə üçqat məqsədli - əl, üz, bədən üçün sabun da əlavə ediləcək.


Kampaniya cəlbedicilik haqqında daha açıq dünyagörüşlü olan kişiləri hədəf alır. Bütün - kastinqdən musiqiyə qədər olan elementlər hədəf auditoriyanı nəzərə almaqla hazırlanıb.