İsveç markası H&M fiziki qüsurlu uşaqların iştirak etdiyi Role Models kampaniyasını hazırlayıb.


Facemark.az xəbər verir ki, kampaniyanın yaradıcıları bildiriblər ki, onlar avtomobil idarə edə bilmirlər, sosial şəbəkələrdən istifadə etmirlər, səsvermə hüquqları yoxdur, ancaq dünyanı dəyişmək iqtidarındadırlar.


Role Models kampaniyasının ana məqsədi odur ki, hər yaşda uşaq rol model ola bilər və onların böyüməyinə ehtiyac yoxdur.


Həmçinin H&M kampaniya çərçivəsində gələcəyin qəhrəmanlarını kəşf etməyi və onların ilham verən fikirlərini paylaşmağı hədəfləyib.


Filmin rejissoru isə Brayan Baklidir. O, sənədli və kommersiya çarxlarının yaradıcısı kimi məşhurdur.
Kampaniya, həmçinin, özündə yeni kolleksiyanı da əhatə edir. Role Models x H&M kolleksiyası bu yay mağazalarda görünəcək. Brend kampaniya çərçivəsində əldə etdiyi gəliri xeyriyyə qurumlarına verəcək. Eləcə də əldə edilən mənfəət mini-filmin qəhrəmanlarını əhatə edən layihələrin dəstəklənməsinə xərclənəcək.