"Coca-Cola" 50 ildən artıqdır ki, Xüsusi Olimpiya hərəkatının təsisçi tərəfdaşıdır. Bu il layihə Rusiyanın Xüsusi Olimpiadasının keçirilməsinə həsr olunub.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 2021-ci ildə "Coca-Cola" Milad karvanı pandemiya səbəbindən Rusiyanı onlayn şəkildə gəzib. Dekabrın 3-də Vladivostokda başlayaraq, dekabrın 28-də Moskvada səyahətini tamamlayıb. 3 mindən çox insan layihəyə qoşulub.


Karvanın hərəkəti onun iştirakçıları tərəfindən gəzinti və idman hərəkətlərinin köməyi ilə təmin edilib. Bunun üçün onlar xüsusi proqram yükləyib orada öz fiziki aktivliklərini qeyd ediblər.


“Coca-Cola”nın Rusiya bölməsi Milad karvanının səyahətindən bəhs edən videoçarx yayımlayıb. Karvan Rusiyanı gəzərək Xüsusi Olimpiadanın Vladivostok, Krasnoyarsk, Yekaterinburq, Novosibirsk, Kazan, Samara, Rostov-na-Donu, Nijni Novqorod, Sankt-Peterburq və Moskvadakı regional bölmələrinə hədiyyələr gətirir.


Video çarxı buradan izləyə bilərsiniz.


Qeyd edək ki, ötən il də layihə onlayn formatda keçirilib və fiziki məhdudiyyətli insanlara həsr olunub.