Facemark.az Rusiya "Ukrayna münaqişəsinin tanınmış brendlərə iqtisadi təsiri" mövzusunda yazısını təqdim edir.


Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ilk ayında minlərlə müəssisə ya birbaşa nəticə olaraq, ya da rus qoşunlarının Ukraynaya hücumunu davam etdirdiyi bir vaxtda Avropa mənşəli iri şirkətlər fəaliyyətini dayandırmaq qərarına gəldilər. Amma hələ də, müxtəlif şirkətlər Rusiyada biznes fəaliyyətlərini davam etdirirlər.


Xeyli şirkət sadəcə olaraq ticarəti dayandıra bildi. Digərləri isə dükan, otel və fabrik satmaqla Rusiyadakı maraqlarından əl çəkməyə tələsdilər. Finlandiyanın Vaasa Universitetinin Beynəlxalq marketinq üzrə professoru Peter Qabrielsson deyir: "Şirkətlər Rusiyada böyük həcmdə istehsal etdikləri zaman çətin vəziyyətdə olurlar".


Rusiya hökuməti həmin müəssisələrə istehsalın birdən dayandırılmamasını əksi təqdirdə firmanı və oradakı obyektləri müsadirə edəcəklərini bildirdi. Ona görə də bazardan çıxmağı elə də asan olmadı.


Bəs Rusiyada biznesini davam etdirən, Avropada ən çox tanınan brendlər haqqında nə demək olar? Niyə görə hələ də biznesi davam etdirirlər?


Vəziyyət həmişə ağ-qara olmur. Professor Qabrielsson "Euronews"a bildirib ki, Rusiya bazarından çıxmamaq qərarına gələn və ya qərar vermək üçün çox vaxt aparan şirkətlər üçün "böyük risklər" var.


Bu həftə Ukrayna Prezidenti Vladimir Zelenski xüsusi olaraq Moskvada zavodlarını işlədən "Renault" da daxil olmaqla bir neçə fransız şirkətini xüsusi olaraq çağırıb, "Volkswagen" kimi digər brendlər isə Rusiyadakı bizneslərini dayandırıblar. Martın əvvəlində Zelenski həmçinin qida şirkətləri "Nestlé" və "Mondelez", istehlak malları istehsalçıları "Unilever" və "Johnson & Johnson", Avropa bankları "Raiffeisen" və "Societe General", elektronika nəhəngləri "Samsung" və "LG", kimyəvi məhsullar istehsalçısı "BASF", əczaçılıq məhsulları "Bayer" və "Sanofi"ni çağıraraq, onlar və “onlarla digər şirkətlərin” şirkəti o vaxt Rusiya bazarını tərk etməmişdi. Həmin şirkətlərdən bəziləri, məsələn, "Samsung", o vaxtdan Rusiyadakı fəaliyyətini dayandırıb.



Zelenskinin fransız avtomobil nəhəngini ictimai rüsvay etməsi demək olar ki, dərhal təsir verdi. Çünki "Renault"orada istehsalı dayandıracağını və "Lada" avtomobillərini istehsal edən "AvtoVaz" şirkətindəki payına yenidən baxacağını elan etdi.


"Renault"un Moskvadakı zavodunda iki min işçi çalışır, "AvtoVaz"ın isə 45 min işçisi var – Fransa şirkəti onların maraqlarını nəzərə almalı və “məsuliyyətlə” hərəkət etməli olduğunu bildirilir.


Böyük Britaniyanın pərakəndə satış müəssisəsi "Marks and Spencer", Rusiyadakı 48 mağazası hələ də biznes üçün açıq olduğu üçün İngiltərədəki siyasətçilərin tənqidinə məruz qalıb.


Şirkətin 1200 işçisi Rusiyada çalışır, lakin mağazalar əslində onları françayzinq müqaviləsi əsasında işlədən bir türk şirkətinə lisenziya alıb. Belə ki, İngiltərədəki "M&S" mağazaları bağlamaq istəsələr belə, fiziki olaraq bunu edə bilməzlər.


Bununla belə, şirkət martın əvvəlində "M&S" mallarının Türkiyə françayzinq sahibinə tədarükünü dayandırıb və nəticədə Rusiya mağazalarının rəflərində anbar tədarükü azalacaq. Bu arada, Ukraynadakı insanlara dəstək göstərmək üçün "Marks and Spencer" qaçqın böhranına cavab olaraq UNICEF-ə dəstəyini artırıb.



Fast food restoranları üçün vəziyyət daha fərqli oldu. Məsələn, "McDonald's", 800-dən çox yerdə 62,000 işçisi olan Rusiyadakı satış məntəqələrinin əksəriyyətinə sahibdir. Bu ayın əvvəlində korporasiya onların hamısını müvəqqəti bağlayacağını açıqlamışdı , lakin Rusiyadakı 100-ə yaxın "Mcdonald's" restoranı françayzinqdir və buna görə də fəaliyyət göstərir.


Müştərilər hələ də Rusiyada 800-ə yaxın "Burger King" restoranında yemək yeyə bilirlər. Ona görə ki, bu yerlər yerli Rusiya şirkətləri ilə ortaq şəkildə françayzinq kimi fəaliyyət göstərir və onların razılaşması hələ də davam edir. Əsas şirkət "RBI", Rusiyada "Burger King"dən imtina etməyə çalışdığını, lakin bunun müəyyən müddətə baş verəcəyini söylədi. Bu arada onlar Rusiya əməliyyatına bütün dəstəyi dayandırıblar.


Sendviç zənciri "Subway" də işini eyni şəkildə aparır, çünki onun 450 satış məntəqəsinin hamısı françayzinqdədir, ona görə də əsas şirkət onları bağlaya bilmir. Bununla belə, “Subway”ın bəyanatında deyilir ki, Rusiyanın istənilən gəliri ukraynalı qaçqınlara humanitar yardıma yönəldiləcək.


"Nestlé" şirkəti isə Rusiyada fəaliyyətini ləngitdiyinə görə tənqid edilən başqa bir markadır. Bu həftə İsveçrədə yerləşən çoxmillətli qida və içki şirkəti Ukraynanın işğalı səbəbindən Rusiyadakı əksər əməliyyatlarını dayandıracağını açıqladı, lakin uşaq qidası satmağa davam edəcəyini də bildirdi. Şirkətin Rusiyada təxminən 6000 işçisi var. Bildirilir ki, “Rusiyadakı işçilərimiz və fabriklərimiz üçün həll yollarını müəyyənləşdirmək prosesindəyik”.



Məsələn, onilliklərdir Rusiyada fəaliyyət göstərən və orada 6000-ə yaxın işçisi və bir neçə fabriki olan şirniyyat və ev heyvanları qidası şirkəti "Mars" bu yaxınlarda bildirmişdi ki, ölkəyə yeni sərmayələri, eləcə də Rusiyaya idxal və ixracı dayandıracaq, reklamları dayandıracaq. Lakin "Mars", “Rus xalqının və ev heyvanlarının qidalanmasında mühüm rola malik olduğunu” söyləyərək ev heyvanları üçün qida və yemək satmağa davam edəcək. Rusiya biznesindən əldə olunan gəlir humanitar məqsədlərə gedəcək.


Qeyd etdiyim şirkətlərin bazardan çıxmamasının səbəbi hər hansı siyasi faktordan irəli gəlmir. Sadəcə olaraq bir ölkənin bazarından çıxmaq elə də asan məsələ deyil. Bu proses həyata keçməsi üçün vaxt, zaman və qətiyyət lazımdır. Çünki 20 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətlər, müəssisələr Rusiya bazarına uyğunlaşıblar. Məhsul və xidməti Rusiyada istehsal edir, bazarına da satır. Həm formalaşmış müştəri kütləsi həm də, digər məsələlər bazardan şirkətlərin tezliklə çıxmasını əngəlləyir. Bu prosesin ləngiməsinin səbəblərindən biri də xeyli mənfəətin və maliyənin itkisinə gətirib çıxarmasıdır. Amma siyasi, hərbi, iqtisadi gərginlik davam edərsə, yaxın müddətdə həmin şirkətlərin də bazardan çıxacağı gözlənilir.