"Tesla" bir müddətdir maraqla gözlənilən elektrik yük maşını modeli "Semi"ni müştərilərinə çatdırmağa başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət dekabrın 1-dən yük maşınlarının təhvilinə başlayacağını və ilk müştərisinin 2017-ci ilin dekabrında 100 "Semi" sifariş edən "Pepsi" olacağını açıqlayıb. "Tesla"nın Nevadadakı fabrikində keçirilən tədbir Elon Muskın "Tesla Semi" ilə səhnəyə çıxması ilə başlayıb.


Musk daha sonra "Semi" yük maşınının qoşqusu ilə yaradılmış səhnədə "Tesla"nın gələcəklə bağlı planlarını çatdırıb.