Texnologiya dünyasının ən əhəmiyyətli adlarından olan "Microsoft"un öz "WeChat" üzərində çalışdığı iddiaları gündəmə düşüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ən yaxşı nümunəsi "WeChat" olan bu konsepsiyanın mənası o deməkdir ki, bir proqram ödəniş xidmətlərindən tutmuş rabitə xidmətlərinə qədər 4, 5 və ya bəlkə də daha çox xidmətdən ibarətdir. Bu aspektdən yararlanmaq istəyən "Microsoft"un öz xidmətləri üçün nəzərdə tutulmuş "WeChat"a bənzər bir proqram ortaya çıxara biləcəyi deyilir.


Ancaq hələlik yalnız iddia olan bu inkişaflarla bağlı "Microsoft"dan heç bir izahat yoxdur.