Türkiyənin sürətli çatdırılma startapı “Getir” rəqibi “Gorillas”ı 1,2 milyard dollara satın alıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyənin sürətli çatdırılma startapı "Getir", Berlində yerləşən rəqib "Gorillas" şirkətini almaq üçün müqavilə imzalayıb. Sentyabr ayında 3 milyard dollar olaraq ifadə edilən "Qorillas"ın dəyərinin 1,2 milyard dollar civarında olduğu təyin olunub. "Getir"in dəyəri mart ayında 800 milyon dollarlıq investisiya ilə 11,8 milyard dollara yüksəlib.


Pandemiya dövründə startap maliyyələşdirməsində yaşanan partlayışın Avropanın iki böyük qalibi "Getir" və "Gorillas"ı bir araya gətirdiyi və 2 şirkətin vençurdan 3 milyard dollardan çox investisiya aldığı bildirilib.