Çin elektronika nəhəngi "Huawei", ən böyük Çin rəqibi "Oppo" ilə patent lisenziyası müqaviləsi imzalayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çində yerləşən istehlak elektronikası şirkəti "BBK Electronics"in çətiri altında fəaliyyət göstərən "Oppo", "Huawei ilə 5G", wifi, audio və video kodekləri əhatə edən müqavilə bağladığını açıqlayıb. "Huawei" və "Oppo", bu məsələlərlə bağlı biliklərini bir-birlərinə təqdim etmək üçün çapraz lisenziya müqaviləsi imzaladıqlarını açıqlayıblar.


Müqavilə ilə "Oppo", "Huawei"nin "5G" patentləri üzərində qlobal hüquqlara sahibdir.