Facemark.az Xəqani Səfərovun "Böhranın idarəolunması - Misir Padşahının yuxusu" adlı yeni yazısını təqdim edir!


Quranda çox geniş yer verilən Yusif peyğəmbərin həyatı yəqin ki, hamınıza çox yaxındır. Bu haqda Hz. Yusif serialı da çəkilib. O serial çəkiləndən bu yana ölkədə ən çox qoyulan oğlan adları sırasında Yusif adı birincilərdəndir. Əslində bütün peyğəmbərlərin həyatı çox heyratamız və ibrətlidir. Sadəcə Hz. Yusifin həyatı Quranda çox geniş yer verildiyindən bu haqda daha çox məlumatlara maliyik. Əgər seriala baxmamısınıza mütləq baxın. Ruh halınızı müsbət mənada ciddi dəyişəcəyini düşünürəm.


Bu gün Quranda hekayəsi gedən Hz.Yusif hadisəsindən Misir Padşahının yuxusu hissəsini sizə danışmaq istəyirəm.


Bir gün Padşah yuxuda yeddi yaşıl sünbül və yeddi quru sünbül, yeddi arıq inək və yeddi kök inək görür. Sonra yeddi arıq inək yeddi kök inəyi yeyir.


Dəfələrlə bu yuxunu gördüyü üçün kahinlərdən onun yozumunu istəyir. Ancaq heç kim onu yoza bilmir. Bu vaxt Yusif peyğəmbər həbsxanada olur. Allah tərəfindən də Yusif peyğəmbərə yuxu yozma elmi verilmiş olur. Bu haqda bilən sarayındakı bir nəfər zindanda olan Yusifin bunu yozacağını Padşaha deyir. Padşahdan onun yanına gedib yuxunu ona danışmaq üçün icazə istəyir. Padşah icazə verir. Həmin şəxs zindana gedib yuxunu Hz.Yusifə danışır. Hz.Yusif də yuxunu yozur. Yuxunun yozumu bu olur ki, Misiri 7 il bolluq və arxasınca 7 il qıtlıq dövrü gözləyir.


Yuxunun yozumu Padşaha deyiləndə Padşah çox razı qalır. Hz.Yusifin zindana düşmə səbəbini araşdırır. Onun günahsız olması sübut olunur və o zindandan çıxır. Sonra padşah onu yanına çağırıb baş nazir təyin edir və Misiri gözləyən 14 ilin bütün idarəetməsini onun ixtiyarına verir. Hz.Yusif də bu prosesi idarə eləmək üçün bir necə tədbir görür. Hz.Yusifin qıtlıq və bolluq dövrü üçün etdikləri başdan ayağa böhran idarəetmə dərsidir. Mən onlardan anladıqlarımı sizinlə bölüşəcəm.


Qısa desək, o əvvəlcə buğdaları saxlamaq üçün iri anbarlar tikdirir, sonra bütün əhaliyə deyir ki, hər kəs qıtlıq dövrü üçün buğda saxlasın və saxlamaq istədiklərini gətirib anbara versin. Sonra qıtlıq dövrüdə bu buğdalardan istifadə edir. Bunun kimi bir çox addım atır.


Quranın bəhs etdiyi bu hekayədən hansı dərsləri çıxarmaq olur:


1. Biznesdə bir fəsil olmur: Bizneslərdə hər zaman eyni dövr olmur. Bizneslər bəzən bolluq dövrü, bəzən də qıtlıq dövrü yaşayır. Bu hallar qaçılmazdır. Təbii axın olaraq belədir.


2. Hər dövrün aləti var: Bolluq dövrünün və qıtlıq dövrün özünə görə addımları fərqlidir. Bolluq dövründə etdiyini, qıtlıq dövrdə, qıtlıqda etdiyini bolluqda edə bilmərsən. Bəzən biznesmenlər öz bizneslərinin bolluqda dövründə bir şey edirlər pul qazanırlar, sonra qıtlıq dövrü gəlir pulları azalır, amma o şeyi eləməkdən əl çəkmirlər. Nəyi səhv etdiklərini anlamırlar. Deyirlər “biz belə edib qazanırdıq da indi niyə alınmır?” - çünki sənin biznesin üçün dövr dəyişib. Alətləri dəyişmək lazımdır.


3. Verimliliyi artırmaq şərtdir: Biznesin bolluq dövründə maksimum verimliliyi artırmaq lazımdır ki, qıtlıq dövrünü rahat yaşaya biləsən. Məsələn, Yusifin etdiyi ilk qərarlardan biri vergiləri azaltmaq olmuşdu. O deyirdi ki, vergi azalmalı və insanların əkin- biçin üçün daha çox imkanı olmaldır ki, ümumi məsludarlığı artıraq.


4. Tədbirlər planın olmalıdır: Yığmaq, pis dövrə hazırlaşmaq ağıllı işidir. Ağıllı biznes pis dövrü üçün hazır ola biləndir. Böhran dövründə idarə etmə mühim işlərdən biridir.


5. Yatırım etmək lazımdır: Yusif peyğəmbər əvvəlcə əhalidən buğdaları torpaq verərək almışdı. Ona görə də bolluq dövründə xeyli torpaq vermişdi. Ancaq qıtlıq dövründə buğda vermək üçün torpaqları geri alırdı. Beləliklə qıtlıq dövründən çıxanda xeyli torpaq almışdı.


6. Resurslarıdan düzgün istifadə etmək lazımdır: Məsələn, bütün bu işləri görmək üçün Yusif peyğəmbərin insanlara ehtiyacı var idi. Ancaq çox işçi işlətmək üçün pulu yox idi. Eyni zamanda da bir çox insanın torpağı yox idi ki, əkin-biçin etsin. Yusif peyğəmbər onları buğda müqabilində işə cəlb elədi. Həm işlər sürətləndi, həm də o adamlar ac qalmadı.


7. Ortaq iş görmək şərtdir: Yusif peyğəmbər Misiri qurtarma prosesində bütün insanları prosesin içinə cəlb eləmişdi. Bütün insanlar istəyərək və ya istəməyərək Yusif peyğəmbərin planına işləyirdilər.


8. Oyunu quranlar udur: Bolluq və qıtlıq dövrü bitəndə Misirdə min illərdir hökm sürən kahin sistemi maddi baxımından müflis olmuşdu, bütün qonşu ölkələr Misiri böyük qəbul edirdilər və Misirə borclu idilər. Qullar azad olmuşdular. Xeyli torpaq və qızıl toplamışdı. Yəni o, bu prosesi elə idarə etmişdi ki, həm hamı xoşbəxt idi, həm də xəzinə varlanmışdı.


9. Biznesin sədəqələrini vermək lazımdır: Yusif peyğəmbər torpağı və iş qabiliyyəti olmayan kasıb insanlara xüsusi pay ayırtmışdı. Onlara qarşılıqsız buğda verirdi.


Yəni, qazandığınımız puldan imkanı olmayanlara pay ayırmaq lazımdır. Biznesin sədəqəsi verməlidir. Əgər hər ay ayıracağımız sədəqə yoxdursa biznesimiz tam kamilləşə bilməz. Çünki Allah bəzi adamların ruzisində bizi vasitə edir. Yəni qazandığımız pulun hamısı bizim deyil, onun içində başqalarının ruziləri də var.


Ardı var…