Atlantada yerləşən Roark Capital özəl investisiya qrupu Subway sendviç şəbəkəsini almaq üçün razılığa gəldiyi bildirilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 1965-ci ildə qurulan və 100-dən çox ölkədə təxminən 37.000 restoranı ilə öyünən Subway, özəl kapital firması Roark Capital-dan alış təklifini qəbul edib.


Subway və Roark Capital müqavilənin şərtlərini və maliyyə detallarını açıqlamasa da, dünən Wall Street Journal xəbər verdi ki, Roark Capital-ın Subway üçün son təklifi təxminən 9,6 milyard dollardır.


Roark Capital 37 milyard dollarlıq aktivləri idarə edir, şirkət isə Jimmy John's, Arby's, Baskin-Robbins və Buffalo Wild Wings kimi restoran şəbəkələrinə sahib olan Inspire Brands-a nəzarət edir.


Alınmanın Roark Capital-ı dünyanın ən böyük restoran operatorlarından birinə çevirəcəyi gözlənilir.