Sizlərin birinizdən soruşsam ki yer üzündə neçə brend var, çoxlarınız minlərcə, hətta milyonlarla deyəcəksiniz. Doğrudur qatılıram, hətta fikirlərinizə hörmət edirəm. Bəs mən desəm ki, yer üzündə 6 milyard brend daha var, üstünə də sənin dediyin minləri,milyonları gəlsək, görün nə qədər brend var. Düşündün bir anlıq ki, 6 milyard brend hardan çıxdı,əmin edirəm ki mən çıxarmadım bu rəqəmi, sizlər, yəni 6 milayard etdi bunu beynimdə. Az-çox mövzunun başlığından da tutmağa çalışmışdın, intizarda saxlamayım-şəxsi brenddən danışacam.
Brend nədir? – İnsan beynində əmələ gələn,davamlı və güvənərək saxladığın vəddir (sözdür deyə bilərik).. İnanmadın? Gəl inandırım səni-hər hansı bir məhsul və ya xidmət istehlakçının (və ya alıcının) beynində yer salaraq davamlı olaraq qalırsa, və o vədinə əməl edərək o məhsula qarşı istəyi yaranırsa, demək bu artıq səndə brendləşib deməkdir.
Bəs özünün bir brend olduğunu düşünürsən? Ətrafında səninlə maraqlana biləcək,lap pis ifadə etsək-sənə ehtiyacı ola biləcək neçə insan var? Ən azı 100 nəfər vardır..Demək ki, sən o 100 nəfərin içərisində bir brend olaraq yaranmısan.. Hər hansı bir brend marketer tərəfində mövqeyləndirilir, kütləyə yönəldilir..Keyfiyyət, face, sloqanı ilə müştəriyə nəsə deyir, bunun arxasında bir canlı dayanır. Bəs şəxsi brend nəyinə görə mövqelənir?
Belə bir tablo cızım beyninizdə-insan beyni yarımçıq nəsə gördüyü zaman avtomatik olaraq onu tamamlaya bilmə gücünə sahibdir. Məsələn dişlənmiş bir alma rəsmi göstərsəm sizə, onu beyninizdə bütöv bir alma kimi təsvir edə biləcəksiniz. Fərz edək ki, xarici görkəmizdən,bədən dilinizdən,özünüzü ifadə tərzinizdən yola çıxaraq bir portret çəkilib sizdən.Bu məqamda o portretin yarımçıq qalan hissələri hədəf kütlənizdəki insanların zehnlərində bütövləşməyə aparan gözləntilərdir. Əgər siz bu gözləntilərə uyğun davransanız, bu davamlı hal aldıqca sizin haqqınızda güclü bir qəbul etməyə dönəcəkdir və siz artıq bir brendsiniz...
Öz təcrübəmdən bir şey deyim sizlərə.. Bunu son zamanlarda anladım.. neçə il idi ki etdiklərimin bir səxsi brend qurma yolunda mənə faydalı olan “qızıl” qaydalar olduğunu bilməmişəm.Yəni özüm də bilmədən bir çox şeylər etmişəm,bunun əslində bir şəxsi brendin əsasini qoya biləcəyini ağlıma gətirmirdim.Təxminən 7-8 il bundan öncə (düşünək ki hələ marketinqdən elə də məlumatım yoxdur) özümə müəyyən çərçivə çizdim..yəni artıq istəklərimə görə yox,ehtiyaclarıma görə yaşamalıyam.Yazılmamış qaydalarımı beynimə yazdım, və o çərçivəni keçməmək,o sərhədləri qorumaq üçün mübarizəyə başladım. Məqsədlərimdən biri də insanlarda müsbət düşüncə formalaşdırmaq, yuxarıda qeyd etdiyim portretdəki yarımçıqları tamamlamağa çalışmaq.Və nəticədə etdiyim hansısa mənfi bir hərəkətin mənim “adıma” (brend də bir addır) böyük zərbə olacağını bilirdim. Buna görə də ehtiyatlı davranmaq məcburiyyəti, beynimə yazdığım qaydalarımı çeynəməməli olduğumu da bilirdim. Bilirsiniz bununla ilk dəfə mən nə etmişdim? Brand Book-mumu yazmışdım, ama şifahi.. Sadəcə beynimə yazmışdım, özümdən başqası bilə bilməzdi..
İllər öncə bloq yazmağa başladım,öz fikirlərimi,düşüncələrimi bir kütlə ilə paylaşdım...bir məhsul bazarda tanınmağa, brend olmağa çalışan kimi. Özümü mövqeləndirdim- paylaşmaq. Sloqanım “hər şey paylaşdıqca gözəldir“.. mən kütləyə nəsə demək üçün məqalələr yazdım,mesaj verdim, sanki bir brend kimi. Bir səxsi brend necə öz kütləsin tapar? məqalə yazaraq, düşüncələrini paylaşaraq edə bilər bunu.. Əslində mənim etdiklərim ,hazır bir məhsul üçün bazarda edə biləcəklərdən daha çətin idi.. bir kərə bazarın tələbini bilmirdim, ən çətinin seçdim-paylaşmağı, elektron kitabları, düşüncələrimi, hisslərimi...o zamanlar kütləyə xitab edən məhsulumun qablaşdırması belə yox idi, qablaşdırmaq üçün, yəni face üçün bloqu dizayn etməyi öyrəndim..
İşin ən zövqlü tərəfi feedback (marketerlər bunu yaxşı bilir ) oldu..yavaş yavaş kütlədə canlanma oldu,təbii ki ilk öncələr hər zaman çətin olur...bir neçə ildən sonra bir brend olaraq kiçik də olsa bir kütlənin beynində, hisslərində pay sahibi oldum..
Şəxsi brend olmaq üçün edəcəyin :
1.Etdiklərinlə insanlara təsir etməyi bilməlisən..Özünü ifadə etməsini bilməlisən
2.Özünü mövqeyləndirməyi öyrən,insanların beynində necə qalacaqsan ?
3.Səni izləmələri üçün kütləyə şərait yarat..ən gözəl yol şəxsi bloqdur
4.Səmimi olacaqsan
O zamanlar mən bloq yazaraq, düşüncələrimi paylaşarkən səxsi brend haqqında düşünmürdüm, faydalı bir insan olaraq,hər kəsin məndən fayda götürməsi adına nələrsə edirdim.. Əgər bugün yazılarımı oxuyan,mesaj verdiyim kütlə bu yazımdan da az da olsa fayda götürə bildisə demək ki “faydalı brend” olaraq sizin qəlbnizdə və zehninizdə mövqelənə bilmişəm..