Bəlkədə yazının adını Azərbaycan reallıqlarında premium xidmət qoysaydım daha yaxşı olardı. Düzünü desəm "Azərbaycan reallıqları" sözünü sevmirəm. Bura mənim sevimli ölkəm, vətənimdir. Nə isə pisdirsə və qaydasında getmirsə nəyə görə pisləməliyəm ki?. Bir insan hər hansı bir mövzunu özü tam qəbul edərsə o vaxt həmin mövzu reallıq olar onun üçün. Pis şeyi heç vaxt özüm üçün reallıq qəbul etmədim. Lap əvvəldən orta məktəbdən. Dedilər burda təhsil yoxdu. Sonda da bir peşənin “ucundan” yapış. Ya usta olarsan ya da tarlada filanda işləyərsən. Gələcəyə baxmağı öyrəndim və hər şeyə pozitiv baxdım. Kimlərinsə görə bilmədiyi uzaqları gördüm və gördüyüm yerlərə yavaş yavaş çatmağı bacarıram. Nə isə, özüm haqqda çox danışmayacam.



Qayıdım mövzuya.


V.İ.P bildiyim qədər “very important personal” deməkdir. Yəni ki “çox mühüm şəxs”. Doğurdanda bizdə belədirmi?. Ortalama xidmət səviyyəsi çox aşağı olan ölkəmizdə VİP terminindən çox həmdə lap çox istifadə edirik. VİP geyim dükanları, mağazalar, gözəllik salonları, çay evləri və restoranlar və daha nələr var. Hətda bu günlərdə məhəllə marketlərinin birində “VİP mini market” yazısını gördüm. Düzdü heç onun sahibindən bunu soruşmağa dəyməz. Hər halda hardasa gördüyü eşitdiyi bir sözü öz marketinin adında istifadə edib. VİP təbəqəyə xidmət göstərə bilmək üçün ilk öncə VİP nə olduğunu tam anlamalı, xidmət və tələb səviyyəsini yaxşı təhlil etməli və həmin müştərilərin istəklərinə uyğun fəaliyyət göstərməlisən. Bizim ölkəmizdə barmaqla sayıla biləcək qədər normal xidmət göstərə biləcək müəsisələr var ki bunlarda əsasən kommersiya xarakterli müəsisələrdir.



Sadəcə 3 hərf yazmaqla VİP imici verdiklərini düşünən sahibkarlar əmin ola bilərlərki yalnız və yalnız özünü aldadır. Bu günkü bazar müştərisi çox “gözüaçıq” və hər şeydən xəbərdar bir müştəridir. Azərbaycanda özünü VİP sayan ailələrdə az deyil. Onlar xarici ölkələrə səyahətlərə gedən zaman VİP yerlərin xidməti ilə bizim ölkənin xidmət səviyyəsini çox rahat müqayisə edə bilirlər. Yazını yazmaqda məqsədim bizim geridə qalmağımız haqqda danışmaq deyil, geridə qalmamaq üçün addım atmamağımız haqqda xəbər verməyimdir. Düzdür bayaq qeyd etdiyim kimi, bəzi şirkətlər varkı öz nümunəvi xidmətləri ilə yazdıqlarını təsdiq edə bilirlər. İnanıram ki, nə vaxtsa bizim ölkənin də reallığında ÇMŞ yəni VİP öz real təsdiqini tapacaq.