Hər bir menecer öz karyerası dövründə dəfələrlə işdən getmək, işini dəyişmək üzərində düşünür və özünə sual verir. Bu sual menecerlərin iş həyatlarında ən çox düşündükləri suallardan biridir. Mən əminəm ki, hamı heç olmasa ildə bir dəfə bu sual haqqında düşünür… “belkə işi dəyişim?”, “bu şirkətdə işləməkdənsə, bəlkə…”, “görəsən filan şirkətdə işləmək daha yaxşı olmazmı?!” və s. suallar. Mən bu yazıda hansı hallarda mütləq qaydada iş yerinizi dəyişməlisiniz, suallına cavab verməyə çalışacam.
İlk əvvəl deyim ki, iş – vasitədir. İnsanın xoşbəxt olması üçün mütləq hansısa bir fəaliyyət göstərməsi lazımdır. Biz hamımız nəyəsə görə çalışırıq. Bu baxımdan hər bir menecerin işlək üçün özünə məxsus stimulu var. Buna baxmayaraq bir amil var ki, bu olmadan işdə uğur qazanmaq və ya tam xoşbəxt olmaq mümkün deyil. Bu təbii ki, işinizə, gördüklərinizə qarşı olan sevgidir. Mən daha əvvəl yazılarımda bir neçə defə demişdim, indidə deyirəm: “Professionallıq gördüyünüz işdən zövq aldıqdan sonra başlayır”. Əgər Siz etdiyiniz işi sevmirsinizsə… muasir dövrdə Sizin professional olmağınız mümkün olmayacaq. Bu baxımdan sevmədiyiniz işi görməklə Siz xoşbəxt ola bilməyəcəksiniz.
Deməli iş yerini deyişmək bir başa olaraq insanın nəyin ki, maddi həmdə mənəvi cəhətdən düzgün yolda olmasını təmin edə bilər. Mən hesab edirəm ki, işdən getmək vaxtını hiss etmək üçün aşağıda sadalayacağım siqnallar əsas hesab edilə bilər.
Siqnal №1. Sizin əməyinizin dəyəri bazarda daha yüksəkdir. Hər bir işçinin bazarda dəyəri olur. Bəzən kimsə öz əmək haqqısında şikayət edəndə, mən soruşuram “Sənin əməyinin bazar dəyəri nədir?!”. Dostlar inanırsız… bu suallın cavabını çoxları bilmir. Ümumiyyətlə əmək haqqı məsələsini qaldırmaq istəyən bütün dostlarımıza məsləhətim öz bazar dəyərlərini öyrənməkdir. Biz hamımız əmək bazarında öz biliklərimizi, bacarığımızı satırıq. Sahibkar üçün biz resurs, özümüz üçün isə… əlbətdə ki, məhsuluq. Bu baxımdan hansı məhsulun baha satılmasının yolu, onun dəyərinin bilinməsindən keçir. İş yerini dəyişməyin birinci siqnalı Sizin əməyinizə bazarda daha yüksək dəyər verilməsidir.
VACİB QEYD: Dəyər dediyimiz zaman biz yalnız maddiyatı başa düşmürük. Elementar rəhbərin Sizə qarşı olan diqqəti belə, işçi üçün bir dəyərdir və s.
Siqnal №2. İş mühiti Sizi sıxır, heç bir yenilik yoxdur. Həqiqətəndə çox ciddi problemlərdən biridir. Belə bir şey hiss edirsinizsə, bu iş yerinin dəyişmək üçün siqnaldır. İstənilən inkişaf – yenilikdən başlayır. Bu baxımdan o yerdə ki, yenilik yoxdur, deməli biznes statikliyə doğru gedir. Bizdə bilirik ki, biznesdə sabit vəziyyət yoxdur. Əgər irəli getmirsənsə, deməli geriləyirsən!!!
Burada ikinci məsələ işçinin yeniliyi görməməsidir. Çox zaman şirkət yenilənir, sadəcə işçi bunu görmür… Bu halda işçi 100% şirkəti tərz etməlidir, çünki artıq o özünü şirkətin inkişafında görmür.
Siqnal №3. Sizin şəxsi biznesiniz var. Əgər Siz ciddi bir biznes qurmusunuzsa bu işi dəyişmək üçün daha bir ciddi siqnaldır. Dünyada ən dəyərli resurs vaxtdır. Bu resursu ən faydalı şəkildə istifadə etmək lazımdır. Bunu etməsək gələcəkdə ciddi peşmançılıq keçirə bilərik. Əgər işçinin şəxsi biznesi varsa, ən yaxşı yol sadəcə öz biznesinin başına keçməkdir. Bu həm işçinin özü, həmdə şirkət üçün (iş verən üçün) ən yaxşı həldir.
Siqnal №4. Sizin bir-başa rəhbərliklə münasibətləriniz pisdir. Həyat çox qısadır – burada münaqişələrə yer yoxdur. Əgər Sizin bir-başa rəhbərinizlə konfliktiniz varsa… dostlar vəziyyəti gəlizləşdirməyin. Rəhbərliyin dəstəyi olmadan hansısa işdə uğur qazanmaq mümkün deyil və əgər Siz bilikli birisinizsə mən əminəm ki, digər yerdə özünüzü daha yaxşı göstərəcəksiniz. Öz enerjinizi əlavə şeylərə sərf etməyin! Bu arada bizim bloqu savadsız adam OXUMUR!
Buna baxmayaraq əgər Sizdə göstərilən bu siqnallar varsa, bir daha ciddi düşünməyə ehtiyyac var. Unutmayın yaxşı şirkətlər Azərbaycanda var… məsələn mən belə şirkətdə çalışıram!!!
İşlərinizdə uğurlar arzusuyla!!!
- Qorxaqlıqdan qorxmaq lazımdır!
- Danışıq – AZ & Hərəkət – ÇOX
- Menecer QANUNU (sadə həqiqətlər)
- Sosial şəbəkələr – KARYERA DÜŞMƏNLƏR
Müəllifin bloqu:
www.ilkinmanafov.com