Mobil rabitə, xüsusən smartfon (ağıllı telefon) bazarındakı kosmik, başdöndürücü dəyişim son zamanlar lap aydın sezilməkdədi. X şirkəti çıxardığı N2 məhsulunu tam bazar çıxarıb satışlarını artırmamış N3 məhsulunun istehsal olunacağı haqqında məlumatları ötürür mediaya. Biz də bir alıcı olaraq bilmirik, hansını alaq? Hal-hazırda satışda olanı alaq ya artıq planları hazırlanıb yaxın aylarda satışa çıxacaq olanı?! Potensial yeni məhsulu da gözləməyə çox adam səbr eləmir ya da o çıxandan sonra ondan sonrakının xəbəri yayılacağından qorxu elə hazırda satışda olanla qane olur. Bəs əslində modellərin bu qədər tez bir zamanda yenilənməsində məqsəd nədir? Şirkətlər və onların marketinq departamentləri hansı məqsədlər güdürlər bu gedişlərdə?!
Şirkətlərin yeni məhsul istehsal etməkdə seçdikləri 2 əsas strategiya haqqında yazacam bu gün:
Ilk öncə Jack Troutun dili ilə desək şirkətlər rəqibə və ya onun məhsullarına deyil öz məhsullarına “hücüm” edirlər. Yəni hazırda bazarda satdığı ən son məhsul, öz həyat dövrününün artım mərhələsinə qədəm qoymamış, daha yaxşı, təkmilləşmiş məhsulu hazırlayır və bazar çıxardır. Yəni bir növ yeni modeli ilə köhnə modelə rəqib olur, və yəqin ki öz modelinlə rəqabət aparmaq daha asandır. Bu hücümlar bəzən uğurlu olur, bəzənsə gözlənilən effekti vermir, elə aşağıdakı misallardakı kimi : məsələn Samsung Galaxy S2-ni 2011 aprel ayında satışa buraxdı, məhsul bazarda tam mövqelənməmiş, öz alıcılarının “cibinə yerləşməmiş”, 2012ci ilin əvvəllərində artıq mediada qeyri rəsmi də olsa Galaxy S3 haqqında mülahizələr yayılmağa başladı və Aprel ayında rəsmi təqdimat olundu, May ayında isə satışlar başladı və hələlik heç bir smartfonun təkrarlaya bilmədiyi rekord sayda satış həyata keçirdi ( satışa çıxdığı ilk 100 gündə 20 milyon ədəd ) və samsung brendi altında ən çox sayda satılan məhsul oldu. Və artıq 2013cü ilin fevral ayıdı Galaxy S4-ün parametrləri haqqında məlumatlar yayılmağa başlayıb mediada ( mart ayının 14ü tanıtımı olacağı deyilir mediyada ). Və beləcə öz məhsulundan “bir baş” daha yuxarı məhsul istehsal etməklə uğur qazanan şirkətlərin sayı bir xeylidir, General Motors, Gilette və s.
Öz məhsuluna hücum edib də uğursuz olan şirkət və məhsula misal olaraq Apple-in iPhone 5 modelini göstərmək olar. Təxmini Samsung Galaxy S2 və S3 arasında olan vaxt qədər fasilə ilə iPhone 4S (oktyabr 2011) və iPhone 5 (sentyabr 2012) istehsal edib satışa buraxdı. Nəticə olaraq iPhone 5 Galaxy S3ə rəqib olaraq tələm-tələsik istehsal edilən (bəlkə də üzərində az işlənilən və ya Jobsun yoxluğunun açıq-aşkar bəlli olduğu) amma tam fiaskoya uğrayan məhsul oldu. Hətta ən loyal Apple həvəskarları belə iPhone 5in onların gözləntilərinə tam cavab vermədiklərini dedilər (forumlarda).
Bu fonda izlənilən digər bir strategiya isə şirkətlərin bazarda olduqlarını və ya bu modeli də təklif etdiklərini bildirmək üçün seçdikləri taktikadır ki, şirkətlər hal-hazırki (uğurlu və ortabab satılan) məshullarının üzərində çox kiçik dəyişikliklər apararaq yenidən müştərilərinə təklif edirlər. Bu strategiyaya adətən avtomobil sektorunun nəhəngləri müraciət edirlər. Misal kimi Almaniyanın “Daimler” şirkətinin 2004cü ildə istehsal etdiyi Mercedes-Benz CLS modelini götərmək olar hansı ki, üzərində kiçik dəyişikliklər edilməklə 2011ci ildə yenidən istehsal edilməyə başladı.
Ümümilikdə satılan məhsulun dəyərinə, (smartfonla hər hansı bir avtomobilin qiyməti arasında ortlama 40-50 dəfəyə yaxın qiymət fərqi olur) və rəqiblərin sayına görə (bu gün smartfon bazarındakı şirkətlərin sayı avtomobil brendlərinin sayından dəfələrlə azdır) şirkətlər bu strategiyalardan birini öz məhsullarına və tətbiq edirlər.