Ötən yazımın davamı olaraq yazıram. Tibb sahəsində 6 iləyaxın təcrübəm var. Son 5 ildə isə sürətlə açılan yeni tibb mərkəzləri, apteklər, optikalar, müalicə və diaqnostika mərkəzləri, sağlamlıq və fitness klubları kimi yerləri təqib edirəm. Əvvəla onu qeyd etmək yerinə düşərki, bundan öncəki yazıda da qeyd etdiyim kimi, nəaliyyət sayıla biləcəkyeniliklər artıq tibb sahəsində özünü göstərməkdədir. Xaricdə təhsil almış həkimlərimizin gəlişi, bir sıra tibbi texnika istehsalında dünya liderlərinin Azərbaycana maraq göstərməsi nəticəsində son texnologiyaların həkimlərimiz və mütxəsisslər tərəfindən öyrənilməsidə gözəl nəticələr verir.
Amma günümüzdə sektorun ən actual problemlərindən biri tibb ocaqlarına inamsızlıqdır. Bu da özünü pasientlərin Türkiyə başda olmaqla bir sıra Avropa ölkələrinə üz tutması, maddi cəhətdən daha az təminatlı olan əhalinin isə Rusiya Federasiyası vəy a İran İslam Respublikasına üz tutmasında göstərir.
İnamsızlığın səbəblərini qısasinifləndirsək;
1) Təhsil və təcrübə səviyyəsi
2) Texnik itəminat
3) Xidmət səviyyəsi
4) Qiymət
Son günlərdə ətrafımdakı insanların dördüncü maddə ilə bağlı daha çox danışdığını nəzərə alıb bugün sizə bu haqda yazmaq istəyirəm.
Konkret danışsaq problem belədir. Tibb mərkəzinə girdin, qeydiyyata salam verəndə artıq 20-30-40 AZN pul ödəmiş olursan. Daha sonra həkimin qəbuluna girirsən, o da tibb mərkəzinə aid bir formda müayinələrin qarşısına "quş" qoyur. Falan-filan müayinələrdən keç gəl yanıma. Səndə çıxıb yaxınlaşırsan qeydiyyata hər müayinəyə girmək üçün 30 AZN-dən ödəyirsən 3-4 fərqli müayinəvə analizdən sonra gəlirsən həkimin yanına. Son olaraq 2 hal mümkündür. Birinci halda ən yaxşı halda həkim deyir problem yoxdur. Sadəcə 150-200 AZN-lik reseptləri qəbul elə keçib gedəcək. Xəstəxanadan ayrılan adamla birindən canını qurtarmış birisi kimi olur.
Amma ən xoşa gəlməzi isə ikinci haldır. Müayinə nəticələrindən sonra ciddi bir xəstəlik aşkar olunur və ya əməliyyat olunacaq bir vəziyyət olduğu deyilir. Bax onda sözün əsl mənasında "həkim" adına yaraşmayan ağ xalatlı adam sevinir. "Bingo" udmuş kimi olur. Deyilən sözlər isə bu olur. Vəziyyətin ifadə şəkli isə belə olur: "Hmmm, çox ciddi xəstəlikdir, gərək uzun müddət müraciət edək. Hər şeyə hazır olmalıyıq" və yaxud "Oooo, siz çox gec gəlmisiniz, təcili əməliyyat olunmalısınız, biraz da gec gəlsəydiniz gec olacaqdı. Bəxtiniz gətirdi."
Belə bir xəbər eşidən xəstə yaxınının halını özünüz düşünün. Əlində olan hər bir şeyini verməyə hazır olan bir vəziyyətə düşür. Bu daha qəliz bir labirintin başlanğıcına oxşayır. Xəstənin keçmədiyi müayinə və analiz qalmır, xəstəxananın demək olarki bütün əlaqəli cihazlarından keçirilir. Sonda alınacaq nəticə isə 50% qarantlı olduguna görə hər zaman ürəkaçan olmaya bilər.
Sizə məsləhətim xəstəxanalara müraciət etməmişdən öncəaşağıdakılara riayət etməyinizdir.
1)Prosedur boyunca sizə lazım ola biləcək müayinələr və onların qiymətləri. Bütün mümkün prosedurlar haqqında öyrənin. Bir deyil bir neçə yerdə öyrənin.
2)Keçəcəyiniz prosedurların ardıcıllığını qeyd edin.
3)Ödəniş tələb edən əla və prosedurları tam dəqiqliklə öyrənin.
4)Xəstəyə əməliyyat tələb olunacaqsa orada qalacağı günlərin dəqiq sayını və göstəriləcək xidmətlər haqqında ətraflı məlumat alın.
5)Müalicə üçün neçə dəfə müraciət edəcəyinizi hər ödənişin neçə qəbula keçərli olacağını öyrənin.
5 ay öncə ailə üzvlərimdən biri üçün əməliyyat tələb olunduğu deyildi. 3 fərqli yerdən araşdırdım. Həkimlərdən təcrübəli olanına və işinə cavabdeh duracağına əmin olduğum biri ilə əməliyyat razılığına gəldik. Lakin xəstəxanaya yerləşməmişdən öncə keçəcəyi bütün prosedurlar haqqında və tələb olunan vəsaitlər haqqında məlumataldım. Yalnız bir dəfə pul ödədim və orada olduğu müddət ərzində göstərilən bütün xidmətlər üçün hər hansı bir vəsait tələb olunmadı. Hal-hazırda da sağlamlığı yaxşı vəziyyətdədir.
Sağlamlıq pulla geri qaytarıla biləcək bir məhfum deyil. Heç olmasa xərclədiyimiz pulların onu qorumağımıza yardım etməsinə kömək edək...
Yazının davamı olacaq