Yəqinki, hər biriniz küləkli havalarda (bakı küləklər şəhəridir) göydə uçuşan selofan parçalarını görmüsünüz (pinqvin klyokları və market klyokları). Bu selofan torbalar hardan gelib?, hara gedir görəsən? Bəzən faydasıda olur. Məsələn evdə zibil vedrəsinə keçirərək (zibil kloku kimi) istifadə olunur. Son illərdə aparılan araşdırmalara görə bu tip plastik əşyaların canlı təbiətə, insanlara vurduğu ziyan bir insan ömrünə bərabərdir. Yəni bu əşyaların təbiətdə yox olma müddəti 50 ildən çoxdur.



Supermarketlərin bu aya olan vəziyyətini analiz edərkən toxunacağım mövzu supermarketlərin KSM-i yəni Kooperativ Sosial Məsuliyyətidir. Əlbəttə bunun kooperativ olması şərt deyil, məsələn, favorit marketin keçirdiyi ehtiyacı olanlar üçün pulsuz çörək aksiyası təqdirəlayiqdir. Əlbəttə bu çox cüzi bir haldır. Çünki günlük dövriyyələri 10-50 min azn olan və ortalama 15%-lə işləyən mağazanın edəcəkləri bundan artıq olmalıdır. Bu tip şəbəkə marketlərdə günlük təbiətə vurulan zərərin sadəcə 1-ni qeyd edim, digərlərini siz düşünün. Bir şəbəkənin günlük istifadə etdiyi polietilen plastik salafanların miqdarı 100-kq-a yaxındır. Düşünün sizə həm maddi, həmdə mənəvi cəhətdən zərər vuran bu şəbəkələr bununla yanaşı sağlığınızı, gələcəyinizi necə bir təhlükəyə məruz qoyurlar.



Bəs bunu necə konpensasiya etmək olar? Bu problemdən çıxış yolu çox sadə və praktikdir. Məsələn götürək bazarın ən böyük oyunçusu Bazarstore 500-dən yuxarı işçisi var. Bunlar hər həftə sonu saat 7-dən 10-a kimi (bazar günləri 7-10 arası demək olarki, müşətəri olmur) adama bir ağac əksələr və hər həftə sonu baxımını etsələr, Bakı cəngəlliyə çevrilər.“HacıBəla” da rahatlıqla ağacları ürəyi istədiyi qədər kəsə bilər. Bizimdə oksigen problemimiz olmaz, rahat istirahət, piknik edə biləcəyimiz yerlər olar. Supermarketi açarkən həmin ərazidə olan bütün yaşayış məntəqələrini qeydə alaraq açırlar və həmin ərazidə olan yaşayış binaları və müəssələrəsas hədəf kütlə kimi götürülür. Eyni zamanda həmin ərazinin təmizliyi və yaşıllaşdırılmasınıda marketlər öz üzərlərinə götürsələr, bu həm sosial məsuliyyət, həmdə müştəri məmnuniyyəti olar.



İndi isə keçək mart ayında olan manitorinqlər, analizlər, araşdırmalar və hansı supermarketin cəmiyyətə, müştərilərinə nə qədər faydalı olduğuna baxaq.




P.S. uşaq evlərinə və bu tip müəssisələrə bayramdan-bayrama gedib çöplü sok, kola, barni, şəkərbura, armud aparmaq sosial məsuliyyət demək deyil. O insanlıqdırki, həmin insanları biz o vəziyyətə salmışıq sonrada onlara qarşı yazıq insan davranışı sərgiləyərək 3-5 manatla vicdanımızı rahatlamış sanaq. Get kilsəyə keşişə danış vicdanın rahatlasın. Yox biz müsəlmanıq kilsə haramdı deyirsənsə, ALLAH qəbul etsin hacı deyirəm. Bu hacı o “HacıBəla” deyil ha.


BU YAZINI OXUYAN HƏR KƏSDƏN XAHİŞİM BUDUR, İŞ YERİNİZİN ÖNÜNƏ VƏ İÇƏRİSİNƏ ZİBİL QABLARI QOYMAĞI UNUTMAYIN!



BAZARSTORE --- ilk öncə yeni mağazalarının açılması münasibəti ilə təbrik edirik, xeyirli olsun deyirik. Novruz bayramının alverini tutmaq üçün əlimyandı mağazanı açan Bazarstore xeyli boşluqlar buraxdı. Pul şirin şeydi. Aşağıdakı videoda görəcəksiniz. Gedib canlıda görə bilərsiniz. Sosial faydalı heç bir addım atmayıb, bir tək yeni alış-veriş çantaları edib, guyaki, təbiətə faydalıdır. O da Sona xala demişkən “dədələrinin qiymətini qoyublar üstünə”.




FAVORİT ---yuxarıda qeyd etdiyim kimi bir tək çörək aksiyası hələki, aktualdır. Ümum favorit olaraq hər keçən gün bir addım daha geriyə gedir, fərqindədirlər.




BOLMART---- heç bir sosial yönümlü aksiyası olmayıb.



MAKRO ---sosial sözünün mənasının mənasızlaşdığı bir şəbəkə.




ARAZ --- əslində bu tip marketlərdən sosial yönümlü nəsə gözləmək yalnış olardı. İdarəçilərinə və mağazaya baxdıqda bunu anlamaq o qədərdə çətin deyil.




GRANDMART --- “spirtli içki satmırıq, siqaret satmırıq daha neynəməliyik ki?” anlayış tərzi.




LİFE --- biz xeyriyyə fondu deyilik, açmışıqki, pul qazanaq.




BİZİM --- Bazar! Bazar! Bazar!




RAHAT– Biz təzə proqram almışıq, yeni ekspress market açmışıq, pulumuz yoxdu nəsə etməyə, əl çək bizdən. Xeyirli olsun.




NEPTUN --- soliton qrupun tərkibində olan Neptun supermarketlər şəbəkəsi günü-gündən geriləyir. İlin 1 günü bütün soliton əməkdaşları iş yerlərinin kənarında ağac əkməyə və ətraf mühitin təmizliyinə yönəlik bir aksiya keçirsələr əmin olunki, şəhərin mərkəzi 10% təmizlənər. “Hacıbəla da sevinər.




SƏBƏT --- mən nə hayda, sən nə hayda ay Tural, batıb gedirik. O biri tərəfdəndə yeni CEO beynimizi xarab edib.




KONTİNENTAL --- Cəmiyyətə, təbiətə və insanlara ən az zərəri dəyən şəbəkə. İl ərzində 1 kq plastik tullantıları ola ya olmaz.




CİTİMART --- batıb gedirik səndə başlamısanki, sosial məsuliyyət nə bilim nə.




LİDER-AS --- Ə, bə qardaş sən nə deyirsən bizim dildə danış görək ))



Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi, marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilib.



S/s


Supermarketlər


Bu aya olan göstəricilər.


1.


Favorit


76


2.


Bazarstore


74


3.


Bolmart


70


4.


Makro


58


5.


Grandmart


58


6.


Araz


57


7.


Bizim


55


8.


Life


54


9.


Rahat


54


10.


Neptun


53


11.


Səbət


52


12.


Lider-As


47


13.


Kontinental


40


14.


Citimart


35