AMV BBDO, London agentliyi Pedigree şirkəti üçün çox şanslı olan bir it haqqında kədərli çarx çəkdi.



Pis ev, zəif qida və kobud sahib hər bir iti xəstə və bədbəxt heyvana çevirər. Lakin onu sevmək, sağlam qida ilə bəsləmək və qayğı göstərmək çox gözəl nəticələr verər. Yaxşı əllər və gözəl qəlb möcüzələr yarada bilər.



Brend reklam vasitəsilə it yeməyini və Pedigree Feeding Project – bədbəxt itlərin xilasetmə və yardım göstərmə üzrə xeyriyyə layihəsini irəlilətməyə çalışır.