Musiqi ili çərçivəsində əfsanəvi Pepsi markası Beyonce-un rəsmi ilə məhdud sayda istehsal olunmuş qablaşdırmanı təqdim edir və geniş miqyaslı promo aksiyanın başlamasını elan edir.
Mügənninin rəsmi ilə məhdud sayda olan Pepsi banka və ya şüşəsini alan hər kəs futbolka, dəbdəbəli saat və ya əsas mükafat – Beyonce-un konsertinə iki nəfərlik VIP-səyahət qazanmaq şansı əldə edəcək.
Qablaşdırma üçün dizaynı dünya səviyyəli ulduzlar ilə işləyən məşhur fotoqraf Patrick Demarchelier təqdim etdi.
Pepsi markası 10 ildən artıqdır Beyonce ilə məhsuldar əməkdaşlıq edir. Mügənni markanın reklam kampaniyasının üzü ilk dəfə 2002-ci ildə oldu.