Tuborg markası rebrendinq çərçivəsində öz azarkeşlərinə pivə ilə səsi vizuallaşdırmağa imkan verən unikal və texnoloji layihə təqdim etdi.
İndi markanın veb saytını ziyarət edən hər kəs pivəni öz seçdiyi musiqi sədaları altında rəqs etdirərək hədiyyə qazanacaq.
Tuborg pivəsinin yeni digital layihənin əsasında kimatika, yəni dalğaların formavermə xüsusiyyətləri haqqında elm dayanır. Bildiyiniz kimi, səs təsiri altında maye bir çox qeyri-adi və maraqlı formalar ala bilər. Pivəni rəqs etdirmək üçün Tuborg-a xüsusi quraşdırma və bir az sehr lazım idi. Unikal musiqili pivə qurğusu gücləndirici, kompüter, dinamik, pivə üçün xüsusi hazırlanan tutum, işıq və bir necə veb-kameralardan ibarətdir.
Qeyri-adi layihədə iştirak etmək üçün sevdiyiniz musiqini sayta yükləmək kifayətdir. Sonra isə istifadəçi "Greendioz" pivənin rəqsini izləmək və hətta unikal şəkli yükləmək şansı əldə edəcək.
Həmçinin istifadəçilər saytın linkini öz dostları ilə paylaşaraq yarışmada iştirak edib hədiyyə qazana bilər. Sosial şəbəkədə öz səhifəsində layihəni paylaşan hər yüzüncü iştirakçı dörd şüşə Tuborg pivəsi əldə edəcək. Aksiyanın sonunda Tuborg beş Urban Ears dəbli qulaqcığı oynalınacaq.
Xatırladaq ki, aprel ayından Tuborg pivəsi bütün dünya üçün tam yeni formatda təqdim olunub. Kampaniya çərçivəsində şüşə və etiketin dizaynı dəyişdirilərək 70-dən çox ölkədə təqdim olundu. Brendin yeni sloqanı - "Dünyaya yeni bucaqdan bax".