Təxminən 4 ay bundan qabaq turizm şirkətlərinin tur paketlərini və təkliflərini Facebook-da vahid bir platforma üzərindən paylaşacağımız TuragenT adında bir səhifə yaratdıq. Və bu 4 ay ərzində bir çox turizm şirkəti ilə əməkdaşlıq etdik, təkliflərini səhifəmizdə paylaşdıq. Turizm şirkətləri və potensial turistlər arasında, bu tip müxtəlif şirkətlərin təkliflərinin paylaşıldığı platformanın maraq yaratdığını və ölkəmizdə 120-dən (dəqiq lisenziya almış şirkətlərin sayı 123-dür) çox turizm agentliyi olduğunu nəzərə alaraq, “Azərbaycanda fəaliyyətini ən çox bəyəndiyiniz səyahət agentliyi hansıdır?” başlığı altında kiçik bir sorğu keçirmək qərarına gəldik. Bu yazını da sorğunun nəticələrinə həsr etmişik.
Əvvəlcə sorğunun ümumi rəqəmləri haqqında danışaq. Sorğu 16 – 24 may tarixləri arasında keçirildi. 9 gün ərzində keçirilən sorğuda 641 səs verilib və 64 cavab variantı qeyd olunub. Düşünürük ki, sorğunu baş tutmuş hesab etmək olar bu qədər iştirakçı sayı ilə, çünki turizm -özəlliklə də tur agentliklər spesifik bir sahədir, yəni sual ümumi kütləyə yox tur agentliklərimizdən az-çox xəbərdar olan seqmentə ünvanlanmışdı. Sorğu Facebook-da apardığımız reklam hesabına 84000 dəfədən artıq müxtəlif profillərdə görüntülənmişdir.
Sıralamaya gəldikdə respondentlərin ¼-dən çoxunun (28.7 %) səsini qazanan “Atlas travel” 184 səslə birinci olub. Biz fikirləşirik ki, “Atlas Travel” son zamanlar sosial şəbəkələrdəki aktivliyinin bəhrəsini görür.Sadəcə bu faktı demək kifayətdir ki, Atlas Travel-in facebook-da olan fan sayı çox yox 2 ay öncə cəmi 14 000 nəfər olduğu halda,facebook a qoyulan reklam yatırımlarının sonucunda hal-hazırda bu rəqəm 30 000i ötüb keçmişdir (Azərbaycanda olan ümumi turoperator səhifələri üzrə 3-cü yer). Demək ki, sosial mediadan aktiv istifadə etmək bu cür gözəl faydalar verə bilir.
2 ci yerdə 70 səslə “FT travel” (10.9 %) qərarlaşıb. 3 və 4-cü yerlərdə 2 səs fərqlə müvafiq olaraq “Turizm.az” (48 səs – 7.4 %) və “Prince Tour” (46 səs – 7.1 %) gəlir. İlk beşliyi 42 səslə “Granitas” (44 səs-6.8 %) qapayır. “Heç biri” variantını cəmi 3 respondent seçib ki, bu da ümumi səs verənlərin cəmi 0.4 %-ni təşkil edir.


İlk 10-luğa isə aşağıdaki şəkildən baxa bilərsiz:


Sorğuda iştirak edən və bu yazını oxuyan hər kəsə təşəkkür edirik:)