Sürix şəhərində Samsung açıq havada keçirdiyi kampaniya zamanı yoldan keçənlər ilə “göz oyunu” oynadı.



Samsung Galaxy S4 smartfonunu və ya ona böyük endirim qazanmaq imkanı verən Sürix dəmir yolunun stansiyasının zalında avtomat quraşdırıldı. Bunun üçün avtomatda yerləşdirilən smartfona 60 dəqiqə ərzində gözləri ayırmadan baxmaq lazım idi. Smart Pause funksiya sayəsində smartfon insanların ekrandan nəzərlərini uzaqlaşdıran kimi dərhal xəbər verirdi.



Kampaniya iştirakçılarına sakit qalmaq və diqqətlərini cəmləmək o qədər də asan olmadı. Çünki sınaqdan keçənlərə hətta əsil tamaşa quraraq kəskin səslərlə və ətrafda baş verənlərlə daim onların gözlərini yayındırırmağa çalışırdılar.



İştirakçı nə qədər uzun müddət müqavimət göstəribsə, o qədərdə Samsung Galaxy S4 smartfonuna böyük endirim qazandı. Hətta çox inadkar bir oğlan smartfonu pulsuz qazanmağa nail oldu.