“Cannes Lions 2013” reklam festivalı 16-22 iyun tarixlərində Fransada “Palais des Festivals et des Congrès”-də keçiriləcək. Festivalın ən nüfuzlu bölmələrindən biri televiziya reklamlarının və onlayn çarxların ən yaxşı nümunələrinin təqdim olunduğu “film” kateqoriyasıdır.
Nüfuzlu beynəlxalq reklam reytinqi Gunn Report dünyanın ən yaxşı reklam agentliklərinin öz aralarında mübarizə apardıqları festivalın ən istəkli mükafatına namizədlərin siyahısını açıqladı. Onların hamısı mükafata layiqdi, lakin hansına. Bu qərarı qəbul etməyi reytinq təsisçıləri tamaşaçılara həvalə etdilər. Gunn Report internet səhifəsində çaxrlara səs verərək əldə edəcəyi mükafatı, yəni bürünc, gümüş, qızıl və ya “Qran Pri”-ni proqnozlaşdırmaq olar.
Qeyd etmək istərdik ki, Facemark.az marketinq portalı və Facemark.tv bu ilki Cannes Lions festivalının media partnyorudur.
Toyota Corolla "Feels good inside"
Axe "Fear no Susan Glenn"
Daniyada avtobusların reklamı
John Lewis
Carlton Draught "Beer Chase"
"Siqaret çəkən uşaqlar"
"Leica M Monochrom" kamerası
MAMIA bezləri "Ready when you are not"
Channel 4 "Meet the Superhumans"
Evian "Baby and Me"
"Hola" Meksika film festivalı
Beyin iflici üzrə Lanka fondu "Whistle Story"
Dodge Ram yük maşını "So God Made A Farmer"
Avstraliya Metropoliteni "Dumb Ways to Die"