Türkiyənin ən tanınmış simalarından olan Beren Saat, film sektoruna gənc yaşlarından daxil olaraq arzu etdiyi məşhurluğu əldə edib. Aktrisanın ilk seriala çəkiliş təcrübəsi olan "Aşka sürgün" serialından sonra, "Güz Sancısı", "Xatırla Sevgili", "Aşk-ı Memnu" kimi əsər əsasında çəkilən serialda Bihter obrazını canlandıraraq böyük uğur əldə edərək, hal-hazırda "Fatmagülün suçu nə?" serialında baş rola – Fatmagülə həyat verməklə milyonlarla tamaşaçının diqqətini özündə cəmləşdirir. “İntiqam” serialıyla aktrisalıq kariyerasındakı yüksəlişini davam etdirən Beren Saat, “Duru” firmasının yeni reklam siması olub və "Fatmagül” rolu ilə məşhur olan sənətçi Beren Saat “Duru”nun reklam filmində duşa girib. O, daha əvvəl “Rexona”, “Patos” və “Tofita” kimi markaların reklam çarxlarında da iştirak edib. Daha əvvəl Beren Saat “Pepsi”nin 2 milyon və “Pantene”nin 1 milyon dollarlıq təkliflərini qəbul etməmişdi.