Yay mövsümü ilə əlaqədar olaraq avropa ölkələrinə turist axınının dinamikası artmaqdadır. Statistik məlumata görə dünya üzrə turist axınının 52% avropa ölkələrinədir. Nəzərə alsaq ki, avropada şərq ölkələrindən fərqli olaraq turizm sektoru daha fərqli istiqamətə yönəlmişdir. Məsələn, Şərq ölkələrinə gedənlər əsasən buradakı tarixi yerlərlə, buranın füsunkar təbiəti ilə maraqlanırlar. Amma avropada bu tipli yerlər şərqə nisbətən daha azdır. Buna görə də turist axınının əsas istiqaməti okean sahillərinədir. İqtisadi səmərəni nəzərə alaraq bu tipli yerlərdə otellərin daha çox inşası qəbul ediləndir.



Bütün bunları nəzərə aldıqda iqtisadi baxımdan aydır görmək olar ki, Otel sahibkarları arasında qızğın, o cümlədən sağlam rəqabət getməkdədir. Elə bunun bariz nümunəsidir ki, tanınmış otel sahibləri avropa hüdudlarından çıxaraq, artıq dünya üzrə öz nümayəndəliklərini açırlar. Bu isə iqtisadi gəlirdən əlavə həm də sosialoji şüuraltı təsirdən də ibarətdir. Otel şəbəkəsi nüfuz deməkdir, amma digər keyfiyyət göstərici isə “ulduz”dur. Beynəlxalq Standartlar Şurasının təchiz etdiyi keyfiyyət göstərici olan ulduzlar müraciət sayına ciddi təsir edir. Belə ki, yüksək servis və keyfiyyətdən zövq almaq istəyənlər 4 və 5 ulduzdan ibarət otellərə üz tuturlar. Təbii haldır ki, bu cür otellərdə qiymət siyasəti də daha fərqli ampluadadır. Amma qiymətə həm ulduzlar, həm də ictimai populyarlıq da təsir edir. Misal üçün “Hilton” otelinin normal suitindəki bir gəcəlik qiymət ilə, digər bir eyni keyfiyyət göstərici olan otelin lüks suiti eyni qiymət eynidir. Buna səbəb isə “Hilton” otellər şəbəkəsinin dünyaca məşhur brend olmasıdır.



Digər təhlil isə onu göstərir ki, avrozonadakı hal-hazırki böhran vəziyyəti otel bazarına da mənfi təsirini göstərmişdir. Belə ki, son mövsümdə aparılan iqtisadi analizlər müəyyən etdi ki, mərkəzi avropadakı ölkələrdəki otellər çıxarları ilə qazancları tam balans təşkil etmişdir. Bu isə sahibkarlara qəti surətdə xeyir vermir. Sual ola bilər ki, bəs turistlər harda gecələyirlər? Son zamanların araşdırması göstərir ki, müraciət edən turistlər artıq otellərdən çox, yerli sakinlərin təklif etdiyi evlərdə yaşamağa üstünlük verməyə başlayıblar. Düzdür, bu 5 ulduzlu suit qədər komfortlu olmasa da, amma maliyyə baxımından çox münasibdir.



Yekun olaraq bildirmək lazımdır ki, otel bazarı şəraitində iqtisadi qazanc dinamikası digər sahələr qədər oynaq deyildir. Amma qlobal iqtisadi böhran vəziyyətində insan faktoru elə sahə halını alır ki, bu zaman ani bir vəziyyətdə tam tənəzzül yaşamaq olur. Bunun isə yeganə çıxış yolu insanlara gözlədiklərindən də artıq xidməti və keyfiyyəti təklif etməkdir.