Nyu-York "Louis Vuitton" mağazalarının vitrinlərində dinozavrların qızıl suyuna salınmış skeletləri təqdim olundu. Skeletlərin quraşdırılmasına Parisin Təbii Elmlər Muzeyinin eksponatları ilə ilham verilmişdir.
Skeletlər markanın "Speedy, Sofia Coppola, Alma" kimi çantalarıyla birlikdə quraşdırılmışdır. Dinozavrların arasında steqozavr, tirannozavr, triseratops, spinozavr, velosiraptor və dimetrodon kimi yarım növlər qeyd edilmişdir.
"Elle"-dən verilən məlumatlara görə, skeletlərin yanında Louis Vuitton 2013-ün payız qabağı kolleksiyasını göstərən manekenlər də quraşdırılmışdır.