Apple iyun ayının əvvəlində iOS 7 ştat musiqi əlavəsinə (proqramına) qoşulmuş, iTunes proqramının vasitəsilə Apple "iTunes Radio" adlı pulsuz onlayn-xidmətini elan edib.



Əlavənin buraxılışından əvvəl, Apple "Warner Music Group, Universal Music Group" "Sony Music Entertainment" kimi böyük şirkətlərin məzmununu lisenziyalaşdırdığı məlum idi. Onların müqavilə şərtlərinə əsasən, gəlirlərdən lisenziya ödənişi və faiz hissəsində kiçik label ilə razılaşmalar oxşar olsada, onlar ödənişi Apple-dan əvvəlcədən nağd olaraq əldə edəcəklər.
WSJ-dən verilən məlumatına görə, Apple kiçik müstəqil studiyalarına iTunes-dan translyasiya edilən musiqidə label-in payına mütənasib mahnının hər buraxılışı üçün 0,0013 dollar reklam gəlirindən 15% dəyərində lisenziya ödənişini ödəyəcək. Gələcək illərdə isə, bu göstəricilər 19% müvafiq olaraq 0,0014 dollara qədər artacaq. Müqayisə üçün Pandora internet-radiosu hər buraxılış üçün 0,0012 dollar ödəniş edir.
Bundan əlavə, Apple 120 günə kimi davam edə biləcək xidmətin beta-testi dövründə hər hansı məzmuna görə ödəniş etmək məcburiyyətində qalmayacaq. Şirkət həmçinin dinləyicilərin onlayn-fonotekada mahnıların başlamasından 20 saniyə sonra və ya Apple siyahısından buraxdıqları kompozisiyalar üçün lisenziya ödənişini ödəməyəcək. Lakin toplam olaraq Apple hər bir istifadəçisi üçün ödənişin lisenziyasına görə bir saatda iki mahnıdan qaçına bilər.
Billboard-dan verilən məlumata görə, iTunes Radio xidməti dinləyicilərə bir saata altı trek buraxmaq imkanı yaradacaq. İstifadəçilər mahnını geri qaytara bilməsələr də, dayandıra və daha sonra yeniləyə biləcəklər. Apple nümayəndələri şərhlərdən imtina etdilər.