Təxminən 6-7 ay bundan əvvəl Cəlilabadda köhnə adı ilə Ruslan Mebel indiki adıyla“WoodPecker”-in ofisində olmuşdum. Bəzi mütəxəssisləri ilə görüşdükdən sonra hədəflərinin Embawooda rəqib çıxarmaq, hətta bazarda böyük bir pay almaq “niyyətində” olduqlarını anladım. Bəlli idi ki, adamların pulları çoxdur və pul ilə istənilən 1 şeyi edəcəklərini sanırdılar.



2 ay əvvəl Bakı-Sumqayıt yolunda gördüyüm böyük “WoodPecker” mağazasını gördükdə isə düşündüm ki, adamlar hədəflərinin arxasınca gedirlər. Dünən isə həmin mağazanı 1 daha gördüm və yuxarıda şirkət brendinqinə uyğun yazılan “WoodPecker” yazısı (2ci mərtəbəsində), 1ci mərtəbəsinin üstündə isə “WOODPECKER electronics” yazısı. İçərisinə girib baxa bilmədim ancaq məndəki ilk təsəvvür onların hədəf və ideyalarının daha limitsiz olduğunu, bazarda tək Embawood-la deyil, 1 daşla 2 quş vurub Baku Electronics-lə də yarışmaq istəyirlər.


Taxtadan məişət əşyalarına xoş gəlmisiniz!