Bolkart sahiblərinin yay dəbi zövqünə oxşamaq məqsədi ilə “Romantic” mağazalar şəbəkəsi onlara yeni bir hədiyyə fürsəti təqdim edir. 5,6,7 iyul tarixlərində Bolkart-la “Romantic” mağazalarından 75 manatdan artıq alış-veriş edən hər Bolkart sahibi sərf etdiyi məbləğin 20%-i dəyərində hədiyyə qazanacaq. Bundan savayı, aksiya ərzində kart sahibləri aldıqları malın haqqını 6 aya deyil, 12 aya ödəmə imkanı əldə edəcək.




Bolkart sahibləri “Romantic” mağazalarında ən müxtəlif geyim və aksessuar növlərini ala bilərlər, o cümlədən, don, bluz, ayaqqabı, köynək, sarafan, saat, çanta.




Xatırladaq ki, Bolkart-ı artıq 120. 000-nə yaxın Azərbaycan vətəndaşı əldə edib və bu gün bu kredit kartı ilə ölkəmizin 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda MasterCard loqolu Bolkart-dan xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.


Bolkart barədə ətraflı: www.facebook.com/bolkart.