Hellmanns markası Braziliyada həyata keçirdiyi proyektlə müştərilərinin diqqətini özünə çəkdi. "Hellmanns Recipe Cart" adlı proyekt sensor ekranlı planşetlərlə təchiz olunmuş alış-veriş arabaları müştərilərinə mayonezli yemək reseptləri təqdim edir.
Alış-veriş arabaları RFID etiketlər sayəsində müştərilərinə alış-veriş üçün gəzdikləri sırada olan tərəvəz, ət və balıq kimi məhsulları təsbit edərək bu məhsulların mayonezlə hazırlana biləcək müxtəlif reseptlərini ekranda nümayiş edir. Həmçinin interaktiv bir xəritəyə malik bu arabalar mağazadakı məhsulların hansı sırada yerləşdiyini də ekranda göstərir. Bu yaradıcı tətbiq istifadəyə verildiyi gündən etibarən Hellmanns mayonezlərinin satışlarında 68% artım müşahidə olunmuşdur, bu da ağıllı alış-veriş arabalarının "işə yaradığını" sübut edir.